Natali Qule: “Fransanın Qarabağ məsələsinə münasibəti ortadadır”
Bizi izləyin

Nida.az

Natali Qule: “Fransanın Qarabağ məsələsinə münasibəti ortadadır”

“Dağlıq Qarabağ münaqişəsi Moskvadan qaynaqlanır, nəinki Fransadan”.

Publika.az xəbər verir ki, bu sözləri Fransa parlamentinin üzvü Natali Qule Qarabağla bağlı çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev Qarabağ münaqişəsinin həllinə çox böyük səy göstərir.

“Bununla yanaşı Fransa dövlət başçısı da ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə başçısı kimi öz arbitr rolunu yerinə yetirir. Fransanın həm hazırkı prezidenti, həm də keçmiş prezidenti Nikola Sarkozinin də Ermənistana münasibəti aydın idi. Fransa prezidenti sonuncu dəfə 24 apreldə Ermənistana gedəndə mən də onunla birlikdə idim. Həmin görüşdə Ermənistan prezidenti ilə görüşdük. Qeyd edim ki, Fransa prezidenti Ermənistanla yanaşı Azərbaycana da səfər etmişdi. Fransa prezidenti Minsk qrupunun həmsədri kimi arbitr rolunu yerinə yetirir”.

Onun sözlərinə görə, Fransa prezidentinin münaqişə və Qarabağ məsələsinə münasibəti ortadadır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm