Fransalı deputatlar: “Azərbaycan Avropanın arxa çevirə biləcəyi ölkədir”
Bizi izləyin

Nida.az

Fransalı deputatlar: “Azərbaycan Avropanın arxa çevirə biləcəyi ölkədir”

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə Fransa Parlamentinin üzvü Natali Qule və Fransa Azərbaycan Parlamentlər arası dostluq qrupunun rəhbəri, AŞPA-da nümayəndə heyətinin sədri Andre Reyhardın jurnalistlərlə görüşü keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Oyunlarının ötən gün keçirilən açılış mərasimindən danışıb və onun möhtəşəm olduğunu deyib: “Azərbaycan bütün dünyanı sülhə səsləyir və ötən gün bütün dünya bu səsimizi dinlədi. Fransa Parlamentinin üzvü Natali Qule və Fransa Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, AŞPA-da nümayəndə heyətinin sədri Andre Reyhard da Avropa Oyunlarını izləmək üçün Azərbaycana gəlib. Onların Fransa və Azərbaycan Parlamentlər arası əlaqələrinin inkişafında mühüm rolu var. Bundan sonra da bu əlaqələrin daha da möhkəmlənməsi üçün əllərindən gələni edəcəklərinə əminəm”.

Daha sonra Mətbuat Şurasının beynəlxalq Komissiyasının sədri Cavanşir Feyziyev komissiyanın yaranmasından sonra jurnalistlərin beynəlxalq əlaqələrinin inkişaf etməsi və görülən işlər barədə məlumat verib.

Natali Qulye çıxışında əvvəlcə Avropa Oyunlarının açılış mərasimindən danışıb. Mərasimin çox yüksək səviyyədə təşkil edildiyini deyib: “15 ildir Azərbaycanın dostuyam və əlaqələrin inkişafı üçün çalışıram. Bir müddət öncə Azərbaycanda mədəniyyətlərarası forumda iştirak etdim. Bu ölkədə dini dözümlülük və mədəniyyətlərarası dialoqun şahidi oldum. Azərbaycanda Fransa və İsrailə qarşı xüsusi münasibət var. Bir müsəlman ölkəsi üçün bu çox böyük dəyərdir. Dünən bir fakt da diqqətimi çəkdi. Oyunların açılış mərasimində Ermənistan nümayəndə heyətinin paraddan keçməsi sadə bir hadisə deyildi. Avropa Şurasında Azərbaycanla bağlı dözümlülükdən danışılmalıdır, ölkəniz tənqidlərə məruz qalmamalıdır. Parlamentdə milli müdafiə məsələləri ilə məşğul oluram. Azərbaycan qərbin tərəfdaşıdır. Sizin qonşularınızn nə Belçika, nə də başqa ölkədir. Sizin şimal qonşunuz Rusiya, cənub isə İrandır. Azərbaycan bizim Qafqazda arxa çevirə biləcəyimiz ölkədir”.

Andre Reyhard əvvəlcə ötən gün keçirilən açılış mərasimi barədə fikirlərini bölüşüb. Təşkilatçılığın möhtəşəm olduğunu deyib: “Azərbaycan tərəfindən bu oyunlar yüksək səviyyədə təşkil edilib. Xüsusən də, sizin kimi əhalisi az olan bir ölkənin belə bir tədbiri öz üzərinə götürməsi təqdirəlayiqdir. Fransa bu oyunlara çox önəm verir və ən çox idmançı göndərən 3 ölkədən biridir. Tədbirdə Fransa idman naziri və bir sıra önəmli şəxslər də iştirak edir. Hesab edirəm ki, açılış mərasimi böyük rezonans doğurdu. Həm prezident İlham Əliyev, həm xanımı Mehriban Əliyeva, həm də Azərbaycan xalqı oyunlar üçün çox böyük əziyyət çəkib. Azərbaycan Avropada özünə yeni imic formalaşdırdı”.

Tədbirin sonunda hər iki qonaq Mətbuat Şurası tərəfindən təltif edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm