Rasim Musabəyov: “Oyunların Bakıda keçirilməsi bəzilərinin ürəyincə deyil”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Oyunların Bakıda keçirilməsi bəzilərinin ürəyincə deyil”

I Avropa Oyunları kimi tədbirin Bakıda keçirilməsi, təəssüf ki, Avropada bəzilərinin ürəyincə deyil.

Bu barədə Trend-ə ötən gün Almaniya Bundestaqının Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi qətnaməyə münasibət bildirən azərbaycanlı politoloq Rasim Musabəyov deyib.

Xatırladaq ki, hakim Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı koalisiya qrupu (XDİ/XSİ ) və Sosial Demokratiya Partiyasının təşəbbüsü ilə Almaniya parlamentində Azərbaycanda insan hüquqları vəziyyətinə dair qətnamə layihəsi qəbul olunub.

Politoloq bildirib: “Bu tədbirin bütün maliyyə və təşkilatçılıq yükünü öz üzərinə götürdüyü üçün Azərbaycana təşəkkür etmək əvəzinə bəzi qüvvələr hər fürsətdə bal çəlləyinə qatran tökməyə çalışırlar”.

R.Musabəyov qeyd edib ki, insan hüquqları ilə bağlı problem varsa, bu müzakirə edilməlidir: “Özü də müzakirələr “siz müəllim, biz şagird” sxemi üzrə birtərəfli qaydada aparılmamalıdır. Sanki burada savadsız insanlar oturub. Bizim də insan hüquqları, bir çox Avropa ölkələrində islamofobiya və bu kimi başqa məsələlərlə bağlı deməyə sözümüz var. Lakin Oyunlar Oyunlardır, insan hüquqları insan hüquqları – bu tamamilə başqa danışıq platformasıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm