• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Əliyev: “Düzünü desəm, açılışın belə gözəl olacağını gözləmirdim”

  • Nida.az
  • 13 İyun 2015 16:45
  • 387 Baxış
Əli Əliyev: “Düzünü desəm, açılışın belə gözəl olacağını gözləmirdim”

“Birinci Avropa Oyunlarının açılış mərasimi gözlədiyimdən də yüksək səviyyədə baş tutdu, düzünü desəm, bu qədərini gözləmirdim”.

Bu barədə Trend-ə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Ə.Əliyev bildirib ki, ilk növbədə açılış mərasimi müasirliyi, səhnə tərtibatının peşəkarlığı ilə fərqləndi: “Digər tərəfdən açılış mərasiminin ideoloji seçimi çox düzgün idi. Milli arnamentlər, boyakarlıqdan əxs olunmuş hissə, musiqimiz, ifa tərzi, böyük Nizaminin əsərlərinin miniatürlərinin, Qobustan qayalarının nümayiş etdirilməsi Azərbaycanın milli cəhətləri olaraq dünyaya təbliği idi”.

Ə.Əliyev qeyd edib ki, musiqilərdə bizim bəstəkarlardan istifadə olunması, “Sarı gəlin” mahnısının ifa olunması, Alim Qasımovun muğam, Qarabağ Şikəstəsinin elementlərini ifa etməsi çox gözəl idi: “Bir sözlə, çox yüksək səviyyədə təşkil olunmuş açılış mərasimi idi. Mən bunun başqa bir nümunəsini tanımıram. Millilik ilə müasirliyin bu cür sintezi yalnız Azərbaycanın açılış mərasimində baş verdi”.

Ə.Əliyev bildirib ki, alovun məhz paraolimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi və onun məhz Qarabağ döyüşündə zədə alması bir daha göstərdi ki, bu mərasimin seçiminə qərar vermiş insanların Qarabağ probleminə münasibəti necədir: “Çox gözəl açılış nümayiş etdirildi. Bu, Azərbaycanın dünyaya yüksək səviyyədə təqdimat mərasimi idi. İnanmıram ki, bundan sonra hansısa bir ölkə belə bir nümunə ortaya qoya bilsin. Mən Oyunların təşkilində zəhməti olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR