• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Politoloq: “Euronews” anti-Azərbaycan kampaniyalarının carçısı rolunda çıxış edir

  • Nida.az
  • 13 İyun 2015 19:12
  • 375 Baxış
Politoloq: “Euronews” anti-Azərbaycan kampaniyalarının carçısı rolunda çıxış edir

Aprelin 24-ü saatlarla hansısa “soyqırım” hadisəsindən reportajlar verən, lakin Avropa mətbuatına birbaşa əlaqəsi olan, Bakıda keçirilən dünya əhəmiyyətli tədbir – I Avropa Oyunlarını işıqlandırmayan “Euronews” telekanalının informasiya və təhlilini obyektiv qiymətləndirmək olmur.

Bu barədə Trend-ə “Euronews” telekanalının Bakıda I Avropa Oyunlarının açılış mərasimini yayımlamaması ilə bağlı məsələyə münasibət bildirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Azərbaycan uzun illər ölkədəki bu cür hadisələri subyektiv qiymətləndirən və bununla ölkəyə qarşı münasibətində əsl mövqeyini sərgiləyən Avropa ölkələrinin aparıcı siyasətçiləri və mətbuat orqanlarının ikili standartları ilə üzləşib.

F.Sadıqov bildirib ki, bu gün Bakıda olan ictimai xadimlərin, siyasətçilərin, qonaqların Avropa Oyunlarının açılış mərasimini yüksək qiymətləndirməsinə baxmayaraq, “Euronews”-un bu tədbirə məhəl qoymaması telekanalı etibardan salır.

Politoloq qeyd edir ki, telekanalın dünyanın müxtəlif regionlarında baş verən hadisələri obyektiv şəkildə təhlil edib qiymətləndirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır: “Bu barədə böyük təəssüf hissi ilə danışmalı oluram. Çünki bu dünyanın müxtəlif mətbuat orqanlarının tamaşaçıları üçün kifayət qədər əhəmiyyətlidir və belə bir münasibət onun dəyərini aşağı salır, Azərbaycanda olduğu kimi, bir çox Avropa ölkələrində izləyicilərin inamını doğrultmur. Bu gün bir sıra aparıcı Qərbi Avropa ölkələrinin Azərbaycana qarşı nümayiş etdirdiyi subyektivizm, birtərəflilik və riyakarlıq onların carçısı rolunda çıxış edən “Euronews” telekanalının mövqeyidir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR