Almaniyanın səfiri XİN-ə çağırıldı
Bizi izləyin

Nida.az

Almaniyanın səfiri XİN-ə çağırıldı

Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu ədalətsiz qərarla bağlı qəti etiraz bildirilib.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir müavini Xələf Xələfov bildirib ki, belə bir qətnaməni qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qarayaxma xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət verən və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbul edilməz hesab edilir.

XİN müavini deyib ki, bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.

Xələf Xələfov Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirmişdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını, Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulamışdır. Azərbaycanın həmçinin beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı, bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm