Politoloq: "Poroşenko Bakıya gəlsəydi..."
Bizi izləyin

Nida.az

Politoloq: "Poroşenko Bakıya gəlsəydi..."

"Rəsmi Kiyev gecikdikcə, boşluğu rəsmi Moskva məharətlə doldurur".

Publika.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ukraynada vəziyyət ağırdır və prezident Pyotr Poroşenko daima iş başında olmalıdır. E.Şahinoğlu deyib ki, prezident Poroşenko Bakıya bir neçə saatlığına gəlib, Avropa oyunlarının açılışında iştirak etsəydi, bu, Ukraynanın Azərbaycanla əməkdaşlığına impuls verərdi: "Azərbaycanlı tamaşaçılar xarici ölkələrdən Türkiyədən sonra ən çox Ukrayna idmançılarını alqışladılar. Məncə, həmin anda stadionda olan Rusiya prezident Vladimir Putin Ukrayna böhranında Azərbaycan cəmiyyətinin kimin tərəfində olmasına dair aydın mesaj aldı. Bu anda Poroşenkonun ayağa qalxaraq idmançılarını alqışlaması daha böyük effekt verərdi. Poroşenko bundan əvvəl daha bir səhvə yol vermişdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Poroşenkonu aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyi törəninə dəvət etmişdi. Poroşenko həmin tədbirə də getmədi. Halbuki, Poroşenko Çanaqqalada olsaydı, Türkiyə siyasi dairələrinin və cəmiyyətinin daha çox dəstəyini qazanardı. Çünki həmin anda Rusiya prezidenti İrəvanda "erməni soyqrımının" 100 illiyinə qatılmışdı. Bu isə Türkiyəni qəzəbləndirmişdi. Putin İrəvanda ikən, Poroşenko Çanaqqalada olsaydı, Ukrayna-Türkiyə əlaqələrinə ciddi impuls vermiş olardı. Poroşenko bu imkanı da əldən qaçırdı. Kiyev Qərbdən möhkəm yapşıb, ancaq başqa istiqamətlər də var ki, onları hərəkətə gətirmirlər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm