Aydın Mirzəzadə: “Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir..."
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir..."

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüb.

Publika.az-ın məlumatına görə, YAP-çı deputat sosial səhifədə paylaşdığı statusunda qeyd edib ki, 1993-cü ilin bu günü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb olub.

A.Mirzəzadə vurğulayıb ki, dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas edib: “Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda stabillik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı”.

Deputat bildirib ki, Heydər Əliyev yolu Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb oldu: “Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir, Azərbaycan Birinci Avropa Oyunları kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir.

Azərbaycanın uğurları Heydər Əliyev siyasəti, cənab prezident İlham Əliyevin səyləri ilə bağlıdır. 15 iyun 1993-cü ildən başlanan yol bizləri bundan sonra da daim uğurlara aparacaqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm