• USD 1,7023 0,00% EUR 1,9152 +0,55%
    • GBP 2,2116 -0,05% RUB 0,0301 +0,33%

ATƏT sabah monitorinq keçirəcək

  • Nida.az
  • 16 İyun 2015 09:41
  • 254 Baxış
ATƏT sabah monitorinq keçirəcək

Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR