AXCP sədrinin eks-müavini idmançıları təbrik etdi
Bizi izləyin

Nida.az

AXCP sədrinin eks-müavini idmançıları təbrik etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dosenti İbrahim Vəliyev “Bakı 2015” Birinci Avropa Oyunlarında qələbə qazanan idmançıları təbrik edib.

AXCP sədrinin eks-müavini İ.Vəliyev Publika.az-a açıqlamasında deyib ki, idmançıların uğuru Azərbaycanın uğurudur: “Azərbaycan bayrağı harada qalxırsa, biz orada varıq. Ona görə də mən Azərbaycan idmançılarını təbrik edirəm, onlara müvəffəqiyyət arzulayıram. Arzu edirəm ki, idmançılarımız Avropa Oyunlarının sonuna kimi qızıl medal sayına görə birinci yerdə getsinlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm