• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azər Həsrət: “Azərbaycana qarşı olan dairələr yorulmuş kimi görünürlər”

  • Nida.az
  • 16 İyun 2015 13:12
  • 318 Baxış
Azər Həsrət: “Azərbaycana qarşı olan dairələr yorulmuş kimi görünürlər”

“Qərbin bir sıra təşkilatlarının Azərbaycana qarşı bu cür davranışları, onların koordinasiya edilmiş formada fəaliyyətini göstərir”.

Bunu Publika.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib.

Onun sözlərinə görə, iyunun 10-da “Azadlıq” radiosu Azərbaycanla bağlı Vaşinqtonda medianın çapını aşacaq bir dinləmə təşkil edib: “Eyni gündə Avropa Parlamentində də bu məsələ müzakirə olundu. Ancaq Avropa olan ağıllı insanlar bu cür dinləmələrə qarşı çıxdılar və parlamentdə Azərbaycana qarşı olan bir qətnamənin qəbulunun qarşısı alındı. İyunun 12-də “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış günüdə Almaniya Bundestaqında Azərbaycana qarşı növbəti müzakirələrin təşkil edilməsi də ondan xəbər verir ki, müəyyən qüvvələr Azərbaycanın ayağa qalxmasını və inkişafını qəti şəkildə istəmirlər. Ona görə də həmin qüvvələr Azərbaycana qarşı koordinasiya edilmiş şəkildə fəaliyyət göstərirlər”.

A.Həsrət deyib ki, Azərbaycan bu cür təzyiqlərə heç zaman boyun əyməyib və bundan sonra da belə olacaq: “Həmin təşkilatların bu cür fəaliyyətləri sadəcə olaraq əbəsdir. Mən xarici mətbuatı yaxından izləyirəm. Onu da qeyd edim ki, son günlər həmin dairələrin Azərbaycana qarşı total hücumlarının azaldığı müşahidə olunur. Sanki Azərbaycana qarşı olan bu qüvvələr artıq öz məkrli fəaliyyətlərindən yorulublar. Yəni, Azərbaycana qarşı olan dairələr yorulmuş kimi görünürlər. Onlar əvvəlki kimi fəaliyyətlərini sürətlə davam etdirə bilmirlər. Çünki onların bütün cəhdləri boşa çıxır, dünya da gəlib Azərbaycandakı real vəziyyəti öz gözləri ilə görür və Azərbaycan haqqında yayılan qərəzli və böhtan dolu məlumatlara inam itir. Faktiki olaraq, həmin dairələrin Azərbaycan haqqında formalaşdırmaq istədiyi rəylər iflasa uğrayıb. Azərbaycana gələn hər bir əcnəbi bir daha görür ki, onlara sırınan yalan informasiyaların heç bir əsası yoxdur. Bu baxımdan da düşünürəm ki, həmin dairələrin bu cür fəaliyyətləri heç zaman uğur qazanmayacaq”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR