Avropa Oyunları Parisdə
Bizi izləyin

Nida.az

Avropa Oyunları Parisdə

Parisdə I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin nümayişi keçirilib.

Publika.az xəbər verir ki, “Bakı – 2015” I Avropa Oyunlarının açılış mərasimini “Equipe21” kanalı vasitəsilə canlı izləmək üçün Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa Nümayəndəliyi və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 60-dan artıq parisli Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət edilib.

Mərasimdən sonra Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət keçirilib.

İzləyicilər arasında Parisdə akkreditə olunmuş xarici diplomatlar, Fransa Milli Olimpiya və İdman Komitəsinin nümayəndələri, “TOTAL”, “Bouygues Construction” və “Galeries Lafayette” kimi məşhur Fransa şirkətlərinin təmsilçiləri və Azərbaycan diasporasının fəalları olub.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev və TEAS-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qitənin bütün ölkələrini təmsil edən idmançıların iştirakı ilə Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Bu, idmanın ümumbəşəriliyini və birləşdirən bir qüvvə olaraq gücünü göstərir.

“Bakı - 2015” açılış mərasiminin gözəlliyindən heyrətə gələn tamaşaçılar bir neçə dəfə xüsusilə, Avropa qitəsi üzərində Avropa və buğanın keçməsi alleqoriyasını alqışlarla qarşılayıblar. Bu, qitənin coğrafi cəhətdən birliyini və Azərbaycanın Avropa qitəsinə məxsusluğuna işarə idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm