Nida.az
ABŞ-ın “demokratiya yürüşündə” musiqi silahı – TƏHLİL
ABŞ-ın U2 rok qrupu Kanadada verdiyi konsertdə
Azərbaycanda siyasi məhbus iddialarını təkrarlayaraq, Xədicə
İsmayıl, İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, Emin Hüseynov
(hərçənd Emin Hüseynov məhbus deyil və bir neçə gün öncə İsveçrəyə
köçüb) və Anar Məmmədlinin adını bir-bir çəkir. Qrup Azərbaycana
siyasi məhbus adlandırılan bu şəxslərlə bağlı çağırışlar da edib.
Daha sonra bu çağırışın arxasındakı məqam öz dilləri ilə açıqlanır.
Belə ki, U2 fanatlarını “Amnesty İnternational” təşkilatının
adıçəkilən şəxslərlə bağlı başladığı petisiyanı imzalamağa
çağırıb.
“Amnesty İnternational”ın adının olduğu yerdə məsələnin siyasi
mahiyyəti və mütləq şəkildə Azərbaycanın adının olacağı
şübhəsizdir. Bu təşkilatın əsas fəaliyyəti Azərbaycana qarşı
qurulub. Konkret cinayət məsuliyyəti ilə həbs olunan şəxsləri
“siyasi məhbus” elan edərək, I Avropa Oyunları ərəfəsində petisiya
başladan təşkilatın addımı uğursuz hesab oluna bilər. Çünki
petisiya istənilən effekti vermədi və dünya ictimaiyyəti diqqətini
Bakıda təşkil olunan Avropa Oyunlarının açılış mərasiminə yönəltdi.
Görünür, təşkilat U2-nin vasitəsilə özünə tərəfdar toplamaq və
Azərbaycana qarşı geniş spektrdə hücuma keçmək niyyətindədir. Lakin
U2, həmçinin “Amnesty İnternational” aysberqin görünən tərəfidir.
Bütün yollar okeanın o tayına aparır.
Musiqi və siyasət. Bunlar ayrı-ayrı məfhum olsa
da, daima eyni cəbhədə yer alıb. Qərb ölkələri, xüsusilə ABŞ
musiqidən siyasətdə əsas alətlərdən biri kimi istifadə
edib.
Ötən əsrin 50-ci illərindən sonra Amerikada musiqi bumu yaşandı.
Dünya yeni janrlarla - hip-hop, rok-n-roll kimi elektron musiqi ilə
tanış oldu. Elektron musiqinin əsas kütləsi gənclər idi və rok
ulduzları bu kütləyə siyasətin edə bilmədiyini asanlıqla sirayət
edirdi. Musiqinin gücünü anlayan ABŞ bu elementi də öz təbliğat
maşınına əlavə etdi.
1960-cı illərin məşhur Bitlz qrupu Qərbin siyasi maşını üçün böyük iş görmüşdü. Bir neçə gənc qısa zamanda dünyada məşhurlaşdı və gənc kütlələrə təsir imkanı hüdudsuz səviyyəyə qalxdı. Bu siyasətin işinə yarayırdı.
Böyük Britaniyanın “Mi-6” kəşfiyyat qrupunun keçmiş üzvü Con
Kolomen “300 komitet – dünya hökumətinin sirləri” kitabında
yazırdı: “Kütləvi işsizlik yaratmaqla millətin mənəvi
ruhunu və fəhlə sinfinin mübarizə əzmini qırmaq. “Roma Klubu”nun
həyata keçirdiyi “sıfır səviyyəsində artım” siyasəti nəticəsində iş
yerləri ixtisar olunduqca mübarizə əzmi qırılan və ruhdan düşən
fəhlələr içkiyə və narkotiklərə qurşanacaqdır. Ölkənin gəncləri
rok-musiqi və narkotiklər vasitəsilə mövcud qayda-qanunlara,
adət-ənənələrə qarşı qiyama sövq ediləcək, bunun nəticəsində
ailənin əsasları sarsıdılacaq və əvvəl-axır
dağıdılacaqdır”.
Məhz bu təbliğat maşınında Bitlz vazkeçilməz vasitə idi. Yenə həmin kitabda qeyd olunur: “Bitlzin bu qədər məşhurlaşması yalnız yeni musiqi növü ilə bağlı deyildi. Bu həm də siyasət idi. İngiltərə və ABŞ hökuməti bu qrupun gənclərə təsir gücündən narkotikin yayılması və gənc nəslin daha pozğun həyat şəraitinə aludə olması üçün lazımınca istifadə edirdi”.
Göründüyü kimi, musiqi siyasətin əsirinə çevrilmişdi. Lakin bu
əsirlik ötən əsrin 70-ci illərində - Bitlzin dağılması ilə bitmədi.
ABŞ yeni meydana çıxan rok qruplarına “stavka” etməyə başladı və
Dövlət Departamentində “ritm yolu” adlanan təbliğat proqramı
hazırlandı. Bu dəfə hədəf daha geniş spektrdə götürüldü və dünyanın
bir çox regionu – Afrika, Asiya, Yaxın Şərq insanı bu hədəfdə yer
aldı. Sonrakı proses ABŞ-ın musiqidən siyasətdə yetərincə istifadə
edə bildiyini göstərir. 2010-cu ildə “ərəb baharı” Suriyada
dirənəndə ABŞ müxtəlif vasitələri işə saldı. Bunlardan biri də
gənclərə təsir edən musiqi idi. Dövlət Departamenti Dəməşqdə
“Chen Lo and teh Liberation Family” rep qrupunun
konsertini təşkil etdi.
Keçmiş Dövlət katibi Hillari Klinton bunu belə şərh edirdi:
“Mən deyə bilmərəm ki, “Chen Lo and the Liberation Family”
Suriya siyasətinə dəyişiklik gətirdi. Lakin hesab edirəm ki, biz
sərəncamımızda olan bütün mövcud vasitələrdən istifadə
etməliyik”.
Yəni, Amerika musiqini siyasətə alət etdiyini etiraf edir.
ABŞ-da musiqinin siyasətə alət edilməsi haqda gündəmdə olan daha
bir nümunə göstərmək olar. Gələn il ABŞ-da keçiriləcək prezident
seçkilərində kütləni öz tərəfinə çəkmək üçün demokratlar və
respublikaçılar arasında reper Pitbull uğrunda əsl mübarizə gedir.
Hər iki tərəf kütlələrə böyük təsiri olan reperi öz komandasında
görmək istəyir. Çünki bu, seçki kampaniyasını gücləndirməyə kömək
edəcək. Siyasi texnologiya baxımından bu, bəlkə də, normaldır.
Lakin bu texnologiya bir çox hallarda başqa dövlətlərin daxili
işlərinə qarışmaq və beynəlxalq hüququn pozulması ilə
nəticələnir.
Rok qrupunun Azərbaycanla bağlı çıxışı da eyni prosesin tərkib
hissəsidir.
U2-nin Dövlət Departamentinin təbliğat maşınında yer alması
ehtimalını qrupun yaranma tarixi və Biltzin taleyi ilə oxşarlığı da
sübut edir. Biltzin taxtdan düşdüyü 1970-ci illərdə ABŞ təbliğat
maşınında boş qalan yerləri doldurmaq üçün elektron musiqi ilə
məşğul olan yeni qrupları gücləndirməyə başladı.
U2 qrupu 1976-ci ildə İrlandiyanın paytaxtı Dublində yaranıb. İrlandiyada lazım olan şəraitin yoxluğu qrupu Amerikaya köçməyə vadar edib. 1980-ci ildə U2 artıq dünyanın ən məşhur rok qrupları sırasında ilk pillələrdə qərarlaşmışdı. Bu, Biltzin taleyinə necə də bənzəyir. Biltz də 60-cı illərdə Amerikadan uzaqda, Liverpulda yaranmışdı. Onlar da eyni səbəblərə görə, okeanı aşmaq qərarına gəldilər və Amerikada məşhurluğun zirvəsinə qalxdılar. Hər iki qrup öz dövrünün siyasi təbliğat maşınında yer alıb. Yeganə fərq Biltzin artıq mövcud olmamasıdır.
U2 isə ABŞ təbliğat maşının verdiyi əmrləri yerinə yetirir. Onlara Afrikanın tanımadıqları hansısa ölkəsi haqda, yaxud Yaxın Şərq və ya digər ölkələr, xalqlar haqda danışmaq əmri verilirsə, bu əmr mütləq yerinə yetirilir. Fanat kütləsi isə rok ulduzlarına Allah kimi inanırlar.
Amma biz yanılmamalıyıq. U2 kimi qruplar həqiqəti deyil, ABŞ siyasətini dəstəkləyir və onlar üçün həqiqət anlayışı Dövlət Departamentinin verdiyi əmrdən ibarətdir. Halbuki söhbət insan haqlarından gedirsə, bura Ermənistan işğalı nəticəsində öz yurdundan didərgin düşən bir milyon azərbaycanlının da hüququ daxildir. Axı konkret cinayət əməlinə görə həbs olunan beş nəfər bu bir milyon insanın yanında qum zərrəsi kimi görünür. U2 qrupu isə bir milyondan deyil, beş nəfərdən bəhs edir.
Onlar Qərb ölkələrində, həmçinin ABŞ-ın özündə hər gün pozulan
insan haqları, polis zorakılığı haqda susurlar. Çünki əmr belə
verilib. Məşhur ifadədə deyildiyi kimi: “Əmr dəmiri kəsər”. Buradan
da U2-nin tanımadıqları şəxslər haqda çağırış etməsinin
qaynaqlandığı mənbə açıq şəkildə görünür.
Asif Nərimanlı
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar