• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"The Guardian" və jurnalistika prinsipləri – TƏHLİL

  • Nida.az
  • 17 İyun 2015 11:19
  • 229 Baxış
"The Guardian" və jurnalistika prinsipləri – TƏHLİL

Avropa Oyunlarına qeyri-peşəkar münasibət Britaniya mediasının yeganə qüsuru deyil

“Jurnalist söz və ifadə azadlığını, ictimaiyyətin məlumat almaq hüququnu hər zaman dəstəkləyir; yaydığı informasiyanın vicdanla, dəqiq və ədalətli ötürülməsinə zəmanət verir; yol verdiyi səhvləri düzəltmək üçün mümkün olan hər şeyi edir”. Bu statlar Böyük Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) müəllifliyi ilə qəbul edilmiş Etik Kodeksin 3-cü bəndlərindəndir. Jurnalistikanın qızıl qaydaları hesab olunan etik kodeksin məhz NUJ tərəfindən hazırlanmış variantına müraciət etməyimiz təsadüfi deyil. Hər bir ölkənin, həmçinin, bəzi ölkələrdə hətta ayrı-ayrı KİV redaksiyalarrının əlahiddə etik kodekslərinin mövcud olmasına baxmayaraq, bu müxtəlif kodekslərin kökündə məhz 80 il öncə NUJ tərəfindən elan edilən prinsiplər dayanır. 1936-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə hazırlanaraq qəbul edilən 9 bəndlik kodeks təkcə Böyük Britaniya medası üçün deyil, qlobal media məkanı üçün nəzərdə tutulub. Təşkilatın internet səhifəsində qeyd edilir ki, bu kodeks sosial- siyasi yönümündən, ideoloji baxışlarından və fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, bütün KİV-lər tərəfindən qəbul edilir (https://www.nuj.org.uk/about/nuj-code/ ).

The Guardianın fəaliyyəti dünyaya meyar kimi təqdim edilən kodekslə daban-dabana ziddir. Qəzetdə son bir ay ərzində (may-iyun ayları) Azərbaycan haqqında 40, o cümlədən, son 4 gün ərzində 23 məqalə dərc edilib. Məqalələr birmənalı şəkildə neqativ yüklüdür. Əlbəttə, neqativ informasiya yazıb deyə, hər hansı bir KİV redaksiyasını qınamaq olmaz, KİV-in işi məlumat yaymaqdır. Ancaq əgər hər hansı bir ölkə, şəxs, proses barədə informasiyaların neqativ təqdimatı əsassız tendensiyaya çevrilirsə, bu, kodeksin tələblərinin pozulması deməkdir. The Guardianın problemi isə məhz bu məqamla bağlıdır. Qəzetin səhifələrində Azərbaycan haqqında “anti-demokratik”, “geridə qalmış ölkə” rəyi formalaşdırılır. Qəzet ən azı I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə yer ayırsaydı, bəlkə də onun fəaliyyətini müzakirə etməyə zərurət qalmazdı. Amma onu oxuyan şəxsdə təəssürat yaranar ki, sanki Azərbaycanda ümumavropa idman yarışması keçirilmir və ya Britaniyanın idman komandası bu yarışmada iştirak etmir. Günün hadisəsi olan bir faktın üzərindən belə soyyuqqanlı keçidi jurnalistikanın hansı prinsipi ilə izah etmək olar?

Qəzet Azərbaycanla bağlı 40 məqalədən yalnız 3-4-də I Avropa Oyunları mövzusuna toxunulur, o da heç bir əsası olmayan ittihamlar irəli sürmək məqsədilə. Yəni aktual olan l Avropa Oyunları Azərbaycana qərəzli hücum üçün bəhanə kimi istifadə edilir. Məsələn, I Avropa Oyunlarına sərf edilən vəsait bəzən 6, bəzən isə 8 milyard dollar civarında təqdim edilir. Baxmayaraq ki, Azərbaycan hökuməti sərf edilmiş vəsaitin həcmi barədə dəfələrlə rəsmi açıqlama verib. Əgər The Guardianın yönlədiriciləri özlərinin qəbul etdikləri Kodeksi bircə dəfə oxusaydılar, yaxud ona azca hörmət göstərsəydilər, ciddi hesab edib-etməmələrindən asılı olmayaraq, qarşı tərəfin də mövqeyinə yer ayırmağı unutmazdılar. Amma bu məqamda Azərbaycan hökumətinin adı çəkilmir, I Avropa Oyunlarının təşkilat komitəsinə heç bir istinad verilmir, əsassız şəkildə iddia edilir ki, “hakimiyyət I Avropa Oyunlarından özünü reklam üçün istifadə edir”.

Müqayisə üçün bildirək ki, The Guardian eyni dövrdə (may-iyun ayları) Gürcüstanla bağlı təqribən 10 məqalə dərc edib ki, bunların da əksəriyyəti reklam və dəstək xarakterlidir. Gürcüstanda turizmin inkişafı; keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada vəzifəyə gətirilməsi; Rusiyanın Gürcüstanı təhdid etməsi və Abxaziya münaqişəsi kimi məsələlərə rəğbətlə yer ayrılıb.

Ermənistanla bağlı isə may-iyun aylarında təqribən 8 məqalə dərc edilib: Kim Kardaşyanın şöhrəti, ermənilərin “soyqırım” problemi, Ermənistan-Türkiyə münasibətləri. Bütün məqalələrdə də ermənilərə dəstək xətti birmənalı keçir.

Oğurluq jurnalistika ...

Guardianın idman redaksiyasının rəhbəri Ouen Gibson ilk dəfə Azərbayacna 2014-cü ilin dekabr ayında səfər etdi. O, I Avropa Oyunlarına hazırlıq prosesini işıqlandırmaq istəyirdi. Lakin qayıtdıqdan sonra idman və Avropa Oyunlarına hazırlıqla bağlı bir kəlmə belə yazmadı. Onun materialları siyasi xatrakterli oldu və təhrif edilmiş faktlar əsasında Azərbaycanı hədəfə almaq məqsədi güddü. Fəaliyyəti ilə tanışlıq zamanı aydın olur ki, Gibsonun imzası ilə siyasi yazı heç zaman hazırlanmayıb. O, ilk debütünü Azərbaycan səfərində sınayıb. Jurnalistin belə “casus” davranışı isə, Etik Kodekslə uyğun deyil və qətiyyətlə pislənilir. Yumşaq tərzdə onu, yalnız oğru adlandırmaq mümkündür.

Məlumat üçün bildirək ki, I Avropa Oyunlarında təxminən min nəfər xarici jurnalist akreditasiya üçün müraciət edib. Onlardan cəmi 3 nəfərə mənfi cavab verilib. Biri də Ouen Gibson olub. Digər iki jurnalistə isə əvvəlcə Dağlıq Qarabağa səfər etdikləri üçün mənfi cavab verilib.

Araşdırmalar göstərir ki, Boyük Britaniya mediasının dünyaya etalon kimi təqdim edilən prinsiplərə sayqısız yanaşma ənənsi var. Bu yanlışın qaldırılması üçün zamanında ciddi cəhdlər göstərilsə də, nəticə əldə etmək mümkünsüz olub....

Yarımçıq qalmış “Leveson işi”

Böyük Britaniyada ciddi senssasiya yaratmış “Leveson işi” az müddət ərzində dünyaca məşhur oldu. 2006-2007-ci illərdə sadə vətəndaşların telefonlarının izlənilməsində iştirakı, insanların şəxsi həyatına müdaxilə, şantaj, insanların onlara etibar etdikləri informasiyaların ictimailəşdirməsi, rüşvət qarşılığında polislə qeyri-qanunu məsələlərdə əməkdaşlıq, informasiya mübadiləsi və digər halların ifşasından sonra The Sun və News of World qəzetləri haqqında hüquqi ölçü götürüldü. Qəzetlərin təmsilçiləri Rebeka Bruks və Endi Kulson haqqında qərarların daha sərt olmasına baxmayaraq, Britaniya mediasında qeyri-qanunu davranışların sonu gəlmədi. Qanundan kənar, etik prinsiplərin kobud pozuntusu ilə müşaiyət edilən hərəkətlər o qədər artdı ki, Britaniya hökuməti Lord Braun Levesonun başçılığı ilə xüsusi araşdırmalar aparılmasına zərurət duydu. 2011-2012-ci illərdə təqribən 100 media qurumu və şəxsin cəlb edilməsi ilə aparılan proses media- hökumət, media-cəmiyyət münasibətlərinin şəffaflaşdırılması, etik kodeksdən kənar davranışların məhdudlaşdırılması üçün təkliflərin verilməsi, mexanizmlərin qurulması ilə yekunlaşmalı idi. Amma araşdırmaların yekunu olaraq 2012-ci ilin noyabrında ictimailəşdirilən nəticələr neqativ durum barədə elə faktları aşkarladı ki, ikinci hesabatın olacağı barədə vədlər gündəmdən çıxarıldı.

The Guardianın davranışları, Böyük Britaniyada ikinci “Leveson işi”nin açılmasına ciddi ehtiyac olduğunu təsdiqləyir.

(APA)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR