Qarabağlı deputat: “Avropa Məhkəməsinin bu cür ədalətli qərar qəbul etməsi Azərbaycanı sevindirib”
Bizi izləyin

Nida.az

Qarabağlı deputat: “Avropa Məhkəməsinin bu cür ədalətli qərar qəbul etməsi Azərbaycanı sevindirib”

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov ötən gün Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin işi üzrə Ermənistana qarşı qərar çıxarmasına münasibət bildirib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, bu qərar Azərbaycanı, xüsusilə də Ermənistanın işğalçı siyasəti nəticəsində öz yurd-yuvalarını tərk etmiş məcburi köçkünləri çox sevindirir. Onun sözlərinə görə, Avropa Məhkəməsinin, nəhayət, bu cür ədalətli qərar qəbul etməsi Azərbaycanı sevindirib: “Hesab edirəm ki, Avropa Məhkəməsinin bu qərarından Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da nümunə götürməlidir. Əslində, bu qərarda təəccüblü heç bir şey yoxdur. Avropa İnsan Haqları Məhkəməsi fakta söykənərək, olan hadisəyə düzgün və ədalətli qiymət verməyi bacarıb. Yəni burada haqq-ədalət öz yerini tapıb. Bu qərar bir daha onu göstərir ki, Avropa özünün bu məsələlərə öz prizmasından, ikili standartlar və qərəzli mövqe yanaşmasından çəkinsə, ədalətli mövqe tutsa, o zaman Çıraqov kimi milyonlarla məcburi köçkünlərin hüquqlarının bərpa olunması və öz yurd-yuvalarına qayıtması məsələsində, təbii ki, müsbət irəliləyiş mümkün olar. Ancaq biz bu gün Avropa Parlamentindən və digər təşkilatlardan haqsızlıq, ədalətsizlik və qərəzli mövqe görürük”.

E.Məmmədov qeyd edib ki, indi Avropada müsəlmanlara və miqrantlara qarşı təzyiqlər və təhdidlər baş alıb gedir: “Avropada onların hüquqları kobudcasına pozulur. Bu gün Avropada baş alıb gedən islamafobiyanın özü insan haqlarının pozulması deməkdir. Azərbaycanda Ermənistanın işğalı nəticəsində milyonlarla insanın hüquqları kobudcasına pozulub. Avropa təşkilatları insan hüququndan danışan zaman ilk növbədə bu hüquqları bərpa etməyə kömək etsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm