Niderlanddakı diasporumuz Bakı 2015-ə hücumları pislədi
Bizi izləyin

Nida.az

Niderlanddakı diasporumuz Bakı 2015-ə hücumları pislədi

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib.

Publika.az xəbər verir ki, bəyanatda Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlərin Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşdiyi vurğulanır:

“Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər”.

Bəyanat müəllifləri hesab edir ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Təşkilat üzvləri belə qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi qiymətləndirir. Onlar hesab edir ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vurur.

“Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türk diasporu dəstəkləyir” – təşkilatın qəbul etdiyi bəyanatda belə deyilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm