Yayım rəhbəri: “İlk Avropa Oyunlarını yayımlamayan ölkələr peşman olub”
Bizi izləyin

Nida.az

Yayım rəhbəri: “İlk Avropa Oyunlarını yayımlamayan ölkələr peşman olub”

Bakıda keçirilən İlk Avropa Oyunlarının yayımını təşkil edən beynəlxalq idman yayımları şirkətinin rəhbəri Monolo Romero oyunları yayımlamayan 5 ölkənin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bunlar Malta, İslandiya, Bosniya-Herseqovina, Monteneqro və Makedoniyadır.

Romero qeyd edib ki, bu ölkələrdən biri – Makedoniya və ya Monteneqro yarışlara bir gün qalmış hüquqlarını itirib. Buna səbəb isə tələb olunan vəsaiti ödəməməsidir.

O, həmçinin bildirib ki, artıq həmin ölkələr oyunları işıqlandırmadıqlarına görə peşman olublar:

“Biz bazara gözəl məhsul təqdim etdik. Bu ölkələr bizə inanmadılarsa, oyunları öz tamaşaçılarına təqdim etmək istəmədilərsə, bu, onların öz işləridir. Amma qeyd edim ki, I Avropa Oyunları Avropanın əksər hissəsində yayımlanır. Onlar, yəqin ki, belə bir tədbiri işıqlandırmadıqlarına görə peşman olublar. Bizə artıq növbəti Avropa Oyunlarını işıqlandırmaq üçün müxtəlif ölkələr müraciət edirlər”.

Qeyd edək ki, I Avropa Oyunları 145 ölkədə yayımlanıb. 45 Avropa ölkəsində və bundan əlavə digər qitələrdə olan 100 ölkədə. Açılış mərasimi isə 45 Avropa ölkəsində, dünyada isə 30 ölkədə canlı yayımlanıb.

Ümumilikdə, hər ölkədə gün ərzində 5 -7 saat yayım həyata keçirilib. Bundan başqa, rəqəmsal kanallar vasitəsi ilə də yayım həyata keçirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm