• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Rafael Ağayevin 9 yaşı olanda Prezident onun əlini sıxmışdı”

  • Nida.az
  • 18 İyun 2015 16:59
  • 837 Baxış
“Rafael Ağayevin 9 yaşı olanda Prezident onun əlini sıxmışdı”

“Düşünürəm ki, biz cənab Prezidentin göstərdiyi etimadı doğrulda bildik. Birinci Avropa Oyunlarında 4 qızıl, 2 bürünc olmaqla, ilk medalların milli karateçilərimizdən gəlməsi çox sevindirici oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Avropa və dünya çempionu, Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Ü.Quliyevin sözlərinə görə, Azərbaycan karate üzrə milli komanda üzvlərindən də medallar gözləyirdi: “Medallar düşündüyümüzdən çox oldu. Cənab Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da gəlib zalda idmançılarımızı təbrik etdilər. Bunun özü bizim üçün, Azərbaycanın milli karate ailəsi üçün ən böyük minnətdarlıqdır. Ona görə biz də karate idman növünün “Bakı 2015” Birinci Avropa Oyunlarına salınmasına və bizə göstərdiyi böyük dəstəyə görə cənab Prezidentə təşəkkür edirik. Ümumiyyətlə, cənab Prezident İlham Əliyev karateçilərimizi hər zaman yüksək qiymətləndirib. Hələ cənab Prezident Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olmamışdan əvvəl karate yarışlarında iştirak edib, onları alqışlayıb. Yaxşı yadıma gəlir, hələ o zaman indiki çempion Rafael Ağayev uşaq idi, 8-9 yaşı vardı. Hətta o zaman Rafael Ağayev uşaqlar arasında keçirilən yarışlarda qələbə qazananda cənab Prezident onun əlini sıxıb, onunla görüşmüşdü, ona uğurlar arzu etmişdi. Bu gün isə həmin Rafael Ağayev “Bakı 2015” Birinci Avropa Oyunlarında qalib gəldi”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR