Avropa Birliyində 2,2 milyard avroluq korrupsiya – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Avropa Birliyində 2,2 milyard avroluq korrupsiya – ŞOK FAKTLAR

Avropa Birliyi (AB) ölkələrinə verilən dəstək fondlarını araşdıran müstəqil yoxlama qrupu 2,2 milyard avroluq korrupsiya faktının üstünü açıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Avropa Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılan araşdırma nəticəsində təşkilata üzv olan 8 ölkədə 2,2 milyard avroluq korrupsiya faktı aşkar olunub.

Aşkar olunan korrupsiya əməllərinin 2010-cu ildə həyata keçirildiyi təsdiq edilib. Belə ki, Avropa Birliyinin üzvü olan Fransa, Macarıstan, İtaliya, Litva, Hollandiya, Polşa, Rumıniya və İspaniyada inşaat sahəsi üzrə elan olunmuş 5 böyük tenderdə korrupsiya faktları aşkar olunub.

Avropa Birliyinin layihələri üzrə həyata keçirilmiş tenderin əslində təşkilat tərəfindən şişirdilərək yüksək məbləğdə qiymətləndirdiyi faktı üzə çıxıb.

Məlumata görə, Avropa Birliyinin dəstəklədiyi şirkətlər qarşı tərəfi inandırmaq üçün hətta “Formula 1” və Çempionlar Liqası oyunlarının biletlərini əhaliyə pulsuz paylayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm