• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

I Avropa Oyunlarına həsr olunmuş fotosərgi Fransanın məşhur idman saytında

  • Nida.az
  • 19 İyun 2015 17:06
  • 286 Baxış
I Avropa Oyunlarına həsr olunmuş fotosərgi  Fransanın məşhur idman saytında

Fransanın məşhur idman saytında /http://www.francsjeux.com/2015/06/08/lazerbaidjan-sexpose-a-paris/20175 / Parisdə keçirilən, “Bakı - 2015” I Avropa Oyunlarına həsr olunmuş fotosərgi haqqında məlumat yerləşdirilib.

Məlumatda deyilir:

“Azərbaycanı tanımaq, onun idman mədəniyyətinə və buradakı insanların fiziki aktivlik sevgisinə yaxından bələd olmaq imkanı yalnız Bakıya Avropa Oyunlarına (12-28 iyun) gələn qonaqlara verilməyəcək.

Bu ölkə ilə yaxından tanış olmaq üçün heç də uzaq məsafə qət etmək lazım deyil. Belə ki, “Azərbaycan: idman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır ki, Avropanı gəzib-dolaşmaqdadır. O, hazırda Parisdəki “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.

Sərgiyə çıxarılan 65 fotoşəkil Azərbaycanda idmanın nə dərəcədə geniş əhatəli və çoxşaxəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.

Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olmuşdu. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII Fotoqrafiya Agentliyinin həmtəsisçisi, amerikalı Ed Kaşi, portret mütəxəssisi, almaniyalı Filip Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafatlara layiq bilinmiş azərbaycanlı Ağdəs Bağırzadə.

Seçim geniş və çətin idi. Münsiflər heyəti qızğın müzakirələrdən sonra üç qalibi müəyyən etdi. Onların adları fevralın 27-də Londondakı OXO qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi “Zirvəyə doğru” fotoşəkili müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunur.

İkinci yer fransız fotoqrafı Pol Robiona qismət olub. O, Rio de Janeyronun İnapema Beach çimərliyində çəkdiyi futbolçuların fotoşəkilini təqdim etmişdi.

Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilmişdi. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. Fotoşəkil “Yekun təlimatlar” adlanır.”

Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin saytında (www.teas.eu) “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş bölmədə baxmaq olar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR