Olimpiadaları geridə qoyan “Bakı-2015” açılışı – FAKTLAR DANIŞIR – VİDEOLAR
Bizi izləyin

Nida.az

Olimpiadaları geridə qoyan “Bakı-2015” açılışı – FAKTLAR DANIŞIR – VİDEOLAR

İyunun 12-də Bakı Olimpiya Stadionunda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimi bütün dünyada maraqla izlənib.


Publika.az-ın dünyanın ən böyük video paylaşım saytı “Youtube”də apardığı müqayisə bunu sübut edir.


Belə ki, Avropa Oyunları Təşkilat Komitəsinin “Youtube” saytındakı rəsmi səhifəsində yerləşdirilən açılış mərasimi haqda video 7 gün ərzində 587 min dəfə izlənilib. Müqayisə üçün deyək ki, bir gün öncə bu rəqəm 570 min idi.

Bununla yanaşı, açılış mərasimi ilə bağlı müxtəlif şəxslər tərəfindən paylaşılan görüntülər də yüz minlərlə insan tərəfindən izlənilib (bununla bağlı hər bir şəxs özü “Youtube” də müstəqil araşdırma apara bilər).


İlk Avropa Oyunlarının açılış mərasimi müqayisədə 2012-ci il London yay Olimpiya Oyunları və 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı videogörüntülərdən daha çox izlənilib. Misal üçün, Olimpiya Komitəsinin rəsmi səhifəsində 2012-ci ilin 27 iyul tarixində yerləşdirilən açılış mərasiminə 3 milyon 540 min dəfə baxılıb. Eyni rəsmi səhifədə 2014-cü il 16 may tarixində yerləşdirilən Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi isə cəmi 755 min dəfə izlənilib.

Sual ortaya çıxır, 587 min izləmə 3,5 milyon və ya 755 min izləmədən necə üstün ola bilər? Amma yarışın vaxtı və miqyası nəzərə alınsa, hər şey ortaya çıxır. London Yay Olimpiya Oyunlarından 3 il, Soçi Qış Olimpiya Oyunlarından isə 1,5 il, “Bakı-2015”in başlamasından isə cəmi 1 həftə vaxt keçdiyini nəzərə alsaq, hər şey aydın olur. Digər tərəfdən, Olimpiya Oyunları 7,5 milyard əhalisi olan bütün dünya tərəfindən izlənilir. “Bakı-2015” isə 700 milyonluq əhalisi olan qitə yarışıdır.

Lakin Azərbaycanın təşkil etdiyi açılış mərasimi bütün dünya tərəfindən maraqla qarşılanıb və nisbətdə son 2 Olimpiya Oyunlarının açılış mərasimini geridə qoyub. Cəmi 7 gün ərzində açılış mərasimini özündə əks etdirən videogörüntülərin yarım milyondan çox insan tərəfindən izlənilməsi də bunu sübut edir. Hətta I Avropa Oyunları ilə bağlı bəzi siyasi dairələrin apardığı qarayaxma kampaniyası və bu kampaniyaya dəstək verən iri media orqanlarının təbliğatı və anti-təbliğatı, onların (məsələn, Avropanın rəsmi yayım orqanı olan “Euronews” və “Eurosport” kanalları) “Bakı-2015”i yayımlamaqdan imtina etməsi, hətta bu oyunlar barəsində bir kəlmə belə verməməsi də bu möhtəşəm tədbirin əhəmiyyətini azalda bilməyib.

Asif Nərimanlı

Bakı

Soçi

London


Oxumağa davam et
Reklam
Reklam

Gündəm