Əflatun Amaşov "nurçuluq"la bağlı yazılanlardan danışdı
Bizi izləyin

Nida.az

Əflatun Amaşov "nurçuluq"la bağlı yazılanlardan danışdı

Əflatun Amaşov "nurçuluq"la bağlı yazılardan DANIŞDI

"Azərbaycanda toleratlıq mühitinin yaradılmasında medianın böyük rolu var".

Publika.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda çıxışı zamanı şura sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, mətbuat bu prinsiplərə hər zaman sadiq qalaraq, dünyəvi və dini dəyərləri özündə birləşdirərək ideoloji məfkurə yaratmalıdır. Ə.Amaşov deyib: "Müasir mediamız da həmişə bu prinsiplərə sadiq qalıb.

Ölkə mediasında bu problemlər mövcud deyil. Jurnalistlərin davranış kondeksində də bu məsələ yer alır. Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti mətbuatda hər zaman dəstəklənib. Hər bir ölkədə əmin amanlığın yaradılmasında dini toleratlıq mühüm rol oynayır".

Ə.Amaşov həmçinin qeyd edib ki, son zamanlar Azərbaycanda nurçuluqla bağlı mediada çoxsaylı məlumatlar yazılır: "Azərbaycan mediası bir şeyi unutmamalıdır ki, dövlət heç bir təriqətə qarşı mübarizə aparmır. Biz çalışmalıyıq ki, Azərbaycanda dövlətçiliyinə heç bir təsir göstərməsin".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm