Dirk Sçimmelpfennig: “Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir”
Bizi izləyin

Nida.az

Dirk Sçimmelpfennig: “Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir”

Almaniya heyətinin rəhbəri cənab Dirk Sçimmelpfennig “Sport1” telekanalına müsahibəsində ilk Avropa Oyunlarının təşkilindən danışıb.



Publika.az xəbər verir ki, D. Sçimmelpfennig Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirildiyini bildirib: “Ola bilsin ki, hansısa çatışmazlıqlar var. Lakin bir çox məsələlərə görə London Olimpiadasını üstələyir. Misal üçün, Atletlər Kəndində personalın işi, könüllü sayının çox olması və s. Bunlar yaxşıdır. Xırda çatışmazlıq kimi ünsiyyət problemini göstərə bilərəm”.



Almaniya heyətinin rəhbəri azarkeş çoxluğundan məmnun olduqlarını bildirib: “Stadionlarda xeyli Azərbaycan azarkeşi var. Bu, yaxşı haldır və idmançıları ruhlandırır”.



“Sport1” telekanalı Avropa Oyunlarının bütün sürəti ilə davam etdiyini qeyd edib.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm