İsgəndər Həmidov bozqurdçuların Krımda döyüşməsi xəbərindən danışdı
Bizi izləyin

Nida.az

İsgəndər Həmidov bozqurdçuların Krımda döyüşməsi xəbərindən danışdı

İsgəndər Həmidov bozqurdçuların Krımda döyüşməsi xəbərindən danışdı


Son günlər bir sıra azərbaycanlının çeçen mücahidlərinə qoşularaq Rusiyaya qarşı döyüşmək üçün Krıma getdiyi xəbərləri yayılıb.Artıq bir neçə keçmiş döyüşçünün, həmçinin bozqurdçuların da gedənlər arasında olduğu deyilir. Konkret olaraq Nurədddin İsmayılovun çeçen mücahidlərinə qoşulduğu xəbərləri yayılıb.

Qeyd edək ki, N. İsmayılov “Nurəddin Xoca” adı ilə publisist yazılar yazır. Bozqurdçularsa ayağı şikəst olduğu üçün ona öz aralarında “Topal Teymur” ləqəbini veriblər.

Azərbaycan Milliyətçi Demokratik (“Bozqurd”) Partiyasının Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov Publika.Az –a açıqlamasında bunu təkzib edib. Bildirib ki, N. İsmayılov ayağından şikəstdir, hazırda da Bakıdadır: “Şikəst adam necə döyüşə bilər. O siyasətdən uzun müddətdir ayrılıb, daha partiya ilə də əlaqəsini kəsib. Özü də yazı-pozu işi ilə məşğul olur. Kifayət qədər ağıllı adamdır, inanmıram ki, belə addım atar. Bozqurdçuların heç biri Krıma getməyib. Tatara bozqurd lazım deyil, tatarın özü elə bozqurddur da”.
Lakin İ. Həmidov Krım tatarlarını dəstəklədiklərini deyib.

“Oradakı qardaşlarımızı dəstəkləyir, mübarizələrini alqışlayırıq. Biz Ukraynanın bölünməsinin tərəfdarı deyilik. Eyni şeyi Rusiya Azərbaycanda da edə bilər. İki rusu ayağa qaldıracaq, sonra da ölkəyə girəcək ki, haqlar tapdanır. İmperiya siyasətinə qarşıyıq biz”-deyə bozqurdçuların lideri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm