Şengen vizası almaq üçün yeni QAYDALAR
Bizi izləyin

Nida.az

Şengen vizası almaq üçün yeni QAYDALAR

İyunun 23-dən Azərbaycanda Şengen vizalarının alınması üçün yeni qaydaların tətbiqinə başlanılıb.

"Report" xəbər verir ki, Şengen vizalarının verilməsi proseduru Şərq tərəfdaşlığı proqramına daxil olan 6 ölkə - Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukrayna vətəndaşlarına şamil ediləcək.

Yeni Visa İnformasiya Sisteminin (VIS) fəaliyyətə başlaması üçün vətəndaşlar viza alınması ilə bağlı müraciət etdikdə digər sənədlərlə yanaşı barmaq izlərini və rəqəmsal fotoşəkil də təqdim etməlidirlər.

Biometrik məlumatlar 59 ay ərzində sistemdə saxlanılır və bu müddət ərzində vətəndaş viza üçün müraciət etdiyi halda həmin məlumatlardan istifadə olunacaq. 59 ay keçdikdən sonra, ərizəçi biometrik məlumatları yenidən təqdim etməlidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardın sözlərinə görə, bu yeni biometrik sistem son zamanlar sayı artan və Avropaya tez-tez səfər edən azərbaycanlı turistlərin xeyrinə olacaq. "Qısamüddətli Şengen vizalarının verilməsi qaydası daha aydın, şəffaf və ədalətli olacaq", - M. Mard bildirib. Onun sözlərinə görə, belə bir sistemin tətbiqi insanlar arasında əlaqələrin intensivləşməsinə yardım edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm