Nida.az
Fransalı parlamentarilərdən Avropa Oyunları ilə bağlı bəyanat
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti, deputat Jan Fransua Mansel, Cəmiyyətin vitse-prezidenti, senator Natali Qule, Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri, senator Andre Rişar və digər fransalı parlamentarilər “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı bəyanat yayıblar.
AZƏRTAC “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bəyanatda birinci Avropa Oyunlarının açılış mərasimində Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərinin nümayiş etdirildiyi bildirilir.
“Bakıda Avropa Oyunlarının açılış mərasimində biz mükəmməl təşkilatçılığın şahidi olduq. Bu, azərbaycanlılarda ruh yüksəkliyinin olmasını və onların problemlərin öhdəsindən gəlmək bacarığını göstərir. Otuz ay ərzində Azərbaycan 50 ölkənin 20 idman növü üzrə 6 min atletini qəbul etmək üçün ən səmərəli təşkilatçılığa nail oldu. Açılış mərasimi insanların öz tarixi və mədəni köklərindən necə qürurlandıqlarını göstərdi, o cümlədən Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərini nümayiş etdirdi. Hətta Azərbaycan ilə faciəvi və ədalətsiz ərazi münaqişəsinə girən Ermənistan belə, digər ölkələr kimi yarışlarda iştirak etdi. Əcnəbi şərhçilər Azərbaycan xalqının bu Oyunlardan əziyyət çəkəcəyini deyirdi. Lakin 68 min izləyicinin stadiondakı ruh yüksəkliyini, gecə saatlarında ailələri ilə açılış mərasimindən qayıtmalarını, Oyunlarla bağlı bütün tədbirlərdə sevinclə iştirak etmələrini görmək kifayətdir ki, insanların Oyunları keçirməkdən necə qürurlandıqlarını hiss edəsən”, - deyə bəyanatda bildirilir.
Sənəddə Azərbaycanda qadınlara hətta Fransadan 30 il əvvəl seçib-seçilmək hüququ verildiyi qeyd olunur: “Dünyanın digər yerlərində dinlərin faciələrlə qarşılaşdığı bir vaxtda burada şiələr, sünnilər, yəhudilər, xristianlar harmoniya, qarşılıqlı hörmət şəraitində yaşayırlar”.
Bəyanatda Avropanın, xüsusilə Fransanın Azərbaycan ilə bağlı sistemli tənqidlərinin düzəlməz təsirlər yarada biləcəyi deyilir: “Müstəqilliyini 24 ildir ki bərpa edən bu ölkəni qaralamaq yerinə, onun siyasi, iqtisadi və sosial inkişafından danışmaq daha yaxşı olardı. Fransa mətbuatında Azərbaycan və onun liderinə qarşı haqsızlıq edilir. Ölkənin reallığını görmək üçün oraya getmək kifayətdir. Ümid edək ki, Parisdə oturub Bakı haqqında yox, tezliklə Bakıdan Bakı haqqında yazılacaq”.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi