Komitə sədri: “Qərbin Ermənistandakı hadisələrlə bağlı susması...”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Qərbin Ermənistandakı hadisələrlə bağlı susması...”

Qərbin Ermənistanda keçirilən mitinqlərin kobud şəkildə dağıdılmasına, aksiyalar zamanı insanların ciddi xəsarət almasına və yüzlərlə nümayişçinin həbsinə susması ikili standartların növbəti bariz nümunəsidir. Buna təəccüblənmək lazım deyil, əslində bu, Qərbin qərəzli davranışıdır və gələcəkdə də belə davam edəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yeganə “qəbahəti” müstəqil siyasət aparmasıdır. Komitə sədri deyib ki, Azərbaycan Prezidenti müstəqil siyasət aparır: “Cənab Prezident Azərbaycan xalqının mənafeyini güdən müstəqil siyasət aparır. Onlar istəyir ki, biz də Qərbin dediyi ilə oturub-duraq. Buna görə də narahat olurlar. Ancaq bu cür məsələlərdən qəti təəccüblənmək və narahat olmağa dəyməz. Ümumiyyətlə, Qərb dünya dövlətlərini özünün klubu kimi görür. O kluba daxil olanlar deyir ki, hər birimizin mövqeyi eyni olmalıdır. Azərbaycan dövləti müstəqil və özünə sərf edən siyasət apardığı üçün, bu, Avropa və digər dövlətləri təmin etmir. Ona görə də Azərbaycan nə qədər yaxşı iş görsə belə, onlar mütləq hər hansı “nöqsan” tapacaqlar”.

A.Rəhimzadə qeyd edib ki, dünya birliyinin Azərbaycan və Ermənistana qarşı mövqelərində ikili standartlar nümayiş etdirməsi Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllində çətinliklər yaradır: “Şübhəsiz ki, Qərbin Ermənistanla müqayisədə Azərbaycana qarşı qərəzli mövqeyi Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllinə mane olur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm