Xədicə İsmayıl və Kənan Kazımoğlunun erməniyə xidməti
Bizi izləyin

Nida.az

Xədicə İsmayıl və Kənan Kazımoğlunun erməniyə xidməti

Azadlıq radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunun tutduğu vəzifədən kənarlaşdırıldığı xəbəri yayılıb.


“Yeni Müsavat” qəzetinin məlumatına görə, buna səbəb adıçəkilən şəxsin maliyyə fırıldağına bulaşmasıdır.

Belə ki, radionun əməkdaşlarından birinin şikayəti əsasında aparılan araşdırmalar nəticəsində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb.

Bununla yanaşı, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.

Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə isə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər-hansı kənar maliyyə qəbul edilməsi yasaqdır. Kənan Kazımoğlu isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, rəhbəri kimi bunun qarşısını almayıb. Əksinə onun özü bu fırıldağın birbaşa iştirakçısına çevrilib.

Yayılan informasiyadan göründüyü kimi, radionun Azərbaycan xidmətinin fəaliyyəti qeyri-şəffafdır. Əslində Bakı bürosu haqda başlanan rəsmi araşdırmaya səbəb də bu idi. Çünki radio birbaşa ABŞ-Azərbaycan münasibətlərinə ciddi şəkildə zərbə vurur, anti-Azərbaycan qrupların sifarişi əsasında ictimai rəyi çaşdıran verilişlər hazırlayırdı. Bu dairələr arasında erməni lobbisinin olması ehtimalı da böyükdür. Ötən ilin avqust ayında cəbhə xəttində baş verən gərginlik zaman Azadlıq radiosunun tutduğu mövqe, şəxsən K. Kazımoğlunun radionun rus xidmətinə dediyi sözlər bu ehtimalı gücləndirir.

Belə ki, verilişdə Ermənistan-Azərbaycan cəbhəsində avqustdakı atışmaları kimin başladığı müzakirə olunur. Radionun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyan saymazyana şəkildə sözarası deyir ki, əlbəttə atışmanı azərbaycanlılar başlayıblar. Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev də məlumatları dəqiqləşdirməyin çətinliyini deyir, sonra əlavə eləyir ki, kimə sərfəlidirsə, o başlayıb. İzah eləyir ki, status-kvo Azərbaycana sərfəli deyil. Yəni, o belə bir fikir söyləyir ki, atışmalar Azərbaycana sərfəlidir. Onun dediyindən belə bir fikir çıxarmaq olur ki, atışmanı yəqin Azərbaycan başlayıb.

Onun belə yanaşması suallar doğururdu. Ortada olan bir neçə fakt isə Kazımoğlunun mövqeyinin altındakı səbəbləri üzə çıxarır. Söhbət onun əməkdaşı olduğu redaksiyanın rəhbərliyinə, daha dəqiq desək, marketinq şöbəsinin erməni müdirinə verəcəyi cavabdan gedir. Radionun marketinq məsələləri ilə məşğul olan İran ermənisi olan Mardo Soqhomdur. Bu şəxs hər il redaksiyaların verilişlərinin dəyərləndirməsini aparır və buna uyğun şəkildə Vaşinqtondan yerləşən baş ofisə məlumat ötürür. Bu baxımdan, K. Kazımoğlu dolayısı ilə Azərbaycanı ittiham edərək, Mardo Soqhomun hədəfinə çevrilməkdən yayınmağa çalışmışdı.

Bu faktlar və baş verən proseslər radionun Azərbaycan xidməti və onun bir neçə əməkdaşının istər milli, istərsə jurnalist prinsiplərindən uzaq fəaliyyət göstərdiyini deməyə əsas verir. Ehtimal etmək olar ki, Azərbaycan xidmətinin Xədicə İsmayıl kimi əməkdaşları tərəfindən hazırlanan anti-Azərbaycan verilişlər sifarişlə həyata keçirilib və bunun arxasında ermənilərin olması da istisna deyil.


Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm