Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI
Bizi izləyin

Nida.az

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Publika.az-a “Azəriqaz” İB-in mətbuat xidmətindən məlumat verilib.

İyunun 24-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zərdab” və “Balakən”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qazaxbəyli”, Astara Magistral qaz kəmərləri sahəsinin “Nərimankənd”, “Avrora” və “Cəlilabad” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm