"Le Figaro" qəzeti: İlk Avropa Oyunları Azərbaycanın uğurudur
Bizi izləyin

Nida.az

"Le Figaro" qəzeti: İlk Avropa Oyunları Azərbaycanın uğurudur

"Bakıda I Avropa Oyunlarının açılışında olarkən mərasimin nöqsansız təşkilinə, əhalinin coşqun əhvali-ruhiyyəsinə və Azərbaycanın qarşısında duran tapşırıqların öhdəsindən gəlmək bacarığına şahid olduq ki, bunun da ölkənin ünvanına səslənən acıqlı, vaxtaşırı təkrarlanan ağılsız tənqidlə heç bir əlaqəsi yoxdur". Trend-in məlumatına əsasən, bu barədə Fransanın “La Figaro” qəzeti yazır.

Qeyd olunur ki, 20 idman növündə mübarizə aparan 50 ölkədən 6000 atleti ən yaxşı şərtlər daxilində qəbul etmək üçün Azərbaycan cəmi 30 ay - rekord müddət ərzində ən yüksək səviyyəli zəruri idman infrastrukturunu yarada bildi: "Yalnız ayrılmış maliyyə vəsaitinin deyil, daha çox tarixi və mədəni kökləri ilə fəxr edən (bu da özünü açılış mərasimində göstərdi) xalqın iradə gücü, enerji və istedadı hesabına bu böyük tapşırığın öhdəsindən gəlmək oldu. Qonaqpərvərlik və Olimpiya qardaşlıq dəyərlərinə əhəmiyyət verən xalq - elə bir əhəmiyyət ki, hətta Azərbaycanla ədalətsiz və faciəvi münaqişənin iştirakçısı olan Ermənistanın belə digər iştirakçı ölkələrlə yanaşı bu yarışlarda iştirakını təmin etdi".

Qəzet yazır: "Əcnəbi şərhçilərə inansaq, Azərbaycan əhalisi üçün bu Oyunlar ağır sınaq olmalı idi. Əslində isə açılış mərasimində iştirak edən 68000 tamaşaçının ruh yüksəkliyini görmək və ya axşam düşən kimi insanların ailələri ilə birgə idman yarışlarına tələsdiklərinə şahid olmaq kifayət idi ki, bütün xalqın Olimpiya hərəkatına qoşulduğu üçün qürurlandığını anlayasan. İndi orada olmaq müxtəlif ictimai yerlərdə əhali ilə tanış olmaq üçün xüsusi üstünlük əldə etməkdir. Əhali əsasən müsəlmanlardan ibarət olsa da, burada çadralı qadınlara rast gəlmək nadir hadisədir. Burada qadınlara Fransadan 30 il əvvəl səs vermək hüququ verilib, ölkədə şiələr, sünnilər, yəhudilər və xristianlar qarşılıqlı hörmət və sülh şəraitində yaşadıqları halda, digər yerlərdə dinlərin faciəvi toqquşması müşahidə edilir.

Nəhayət, Azərbaycan əvvəlki kimi çoxsaylı problemlərə, ilk növbədə, şimaldan Rusiya, cənubdan İran və qərbdən Ermənistan-Azərbaycan münaqişəsinin təzyiqinə məruz qalaraq, müstəqilliyi ilə bağlı əbəbi çağırışlara müqavimət göstərir. Buna görə də Avropa, xüsusilə Fransaya ehtiyac var. Və Fransanın Azərbaycanla bağlı sistemli tənqidləri düzəlməz nəticələr yarada bilər. Müstəqilliyini 24 ildir ki, bərpa edən bu ölkəni qaralamaq əvəzinə, ona siyasi, iqtisadi və sosial inkişafında dəstək olmaq daha yaxşı olardı".

Avropanın nüfuzlu qəzetində bildirilir: "Fransa mətbuatını vərəqləyərkən əsassız ittihamlarla Azərbaycan və onun liderinə qarşı haqsızlıq edildiyini görmək bizə toxundu. Halbuki ölkənin reallığını görmək üçün buraya gəlmək kifayətdir. Bakı haqqında Parisdə deyil, tezliklə Bakıda yazılacağına ümid edə bilərikmi?"

İmzalar

Jan-Fransua Mansel – Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti;

Andre Reyşart – Fransa Milli Assambleyasının deputatı, Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri;

Natali Qule – Fransa Senatının üzvü, Azərbaycanın Dostları Cəmiyyətinin vitse-prezidenti;

David Duye – Fransa Milli Assambleyasının deputatı, keçmiş nazir;

İv Jeqo – Fransa Milli Assambleyasının deputatı, keçmiş nazir;

Jorj Fenek – Fransa Milli Assambleyasının deputatı;

Jan-Lyuk Reyser – Fransa Milli Assambleyasının deputatı;

İv Fulon – Fransa Milli Assambleyasının deputatı;

Jerom Lamber – Fransa Milli Assambleyasının deputatı;

Silvi Qo-Şavan – Fransa Senatının üzvü;

Kristian Nami – Fransa Senatının üzvü;

Jan-Fransua Leqare – Parisin 1-ci rayonunun meri;

Andre Vilye – Yon Departamentinin (Burqundiya) Şura sədri;

Patrik Jandro – Şabli şəhərinin (Burqundiya) meri;

Rober Osseyn – aktyor, rejissor;

Mark Restellini – Paris Şəkil Qalereyasının prezidenti;

Reza Deqati – fotoqraf;

Pyer Şeremetyeff – Xaricdə Yaşayan Rus Həmvətənlərin Cəmiyyətinin prezidenti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm