Siyavuş Novruzov: “Milli Şuranın arxasında erməni lobbisi dayanır”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Milli Şuranın arxasında erməni lobbisi dayanır”

“Rüstəm İbrahimbəyovun Azərbaycanla heç bir bağlılığı qalmayıb. Ona görə də Azərbaycan və azərbaycanlılar haqqında daima aşağılayıcı fikirlər söyləyir”.

Bunu Milli Şuranın (MŞ) “fəxri sədri” Rüstəm İbrahimbəyovun söylədiyi “biz erməni xalqı ilə düşmən deyilik və mütləq barışacağıq” kimi fikirlərini Publika.az-a şərh edən YAP icra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov deyb.

“Rüstəm İbrahimbəyov əvvəldən ermənilərlə bir yerdə olub. Ermənilərlə birlikdə filmlər çəkib, Moskvada erməni məclislərində iştirak edib. Bundan əlavə, təqribən 6-7 il əvvəl Rüstəm İbrahimbəyovun mətbuatda belə bir yazısı dərc olunmuşdu. Həmin yazısında Rüstəm İbrahimbəyov qeyd edirdi ki, guya ermənilər Bakıdan gedəndən sonra, paytaxtımızın mədəni səviyyəsi aşağı düşüb və sairə. Rüstəm İbrahimbəyov mütəmadi olaraq azərbaycanlıları aşağılayan bu cür hərəkətlərə yol verib. Hesab edirəm ki, bu da başa düşüləndir. Çünki Rüstəm İbrahimbəyovun Azərbaycanla heç bir bağlılığı qalmayıb”, - Novruzov əlavə edib.

S.Novruzov qeyd edib ki, Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şura xaricdən ixrac olunan ideyadır: “Bunun da arxasında erməni lobbisi, erməni təşkilatları və ayrı-ayrı biznesmenlər dayanırdı. Burada maddi maraq güdülürdü. Ona görə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Milli Şurada yer alması təəccüblü deyil. Çünki Cəmil Həsənli və Əli Kərimlinin həmfikirləri olan erməni idmançıları “Bakı 2015” I Avropa Oyunlarında uduzduqca, onlar daha da aqressivləşirlər. Cəmil Həsənli və Əli Kərimlini Azərbaycan idmançılarının qələbə qazanması və qızıl, gümüş, bürünc medallar alması qəti maraqlandırmır. Onlar Avropanın hansısa küncündə, hər hansı divar qəzetində Azərbaycan əleyhinə bir yazı çıxırsa, onu dərhal dərc etməklə məşğul olurlar. Əgər ermənilər Azərbaycanda qızıl medal qazansaydı, onlar toy-bayram edəcəkdi. Buna görə də onlar gündən-günə daha çox aqressivləşir. Çünki onların erməni həmfikirləri Bakıda uduzurlar. Azərbaycanda Avropa Oyunlarının əleyhinə də ən çox ermənilər və erməni lobbisi çalışır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm