Sektalar dövlət idarələrində öz kadrlarını yerləşdirmək istəyir- SOS
Bizi izləyin

Nida.az

Sektalar dövlət idarələrində öz kadrlarını yerləşdirmək istəyir- SOS

"Bu gün ən müxtəlif sektaların Azərbaycandakı fəaliyyətinin təhlili onların bəzilərinin çox qorxulu məqsədlərindən xəbər verir. Onlar birinci medianı ələ keçirmək, ictimai rəyə təsir göstərən tribunaları ələ keçirmək, ölkədə dinlər arasında harmoniyanı pozmaq, ölkədə dinlər arasında ədavət yaymaq, ölkədə mövcud olan tarixi, ənənəvi dinlərin təsir dairəsini məhdudlaşdırmaq, özlərini yaymaq, dövlət idarələrində, siyasi partiyalarda, QHT-lərdə öz kadrlarını yerləşdirmək, bununla da sonda ölkənin daxili və xarici siyasətinə təsir göstərmək məqsədi güdür".

Bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı deyib.

Baş redaktorun sözlərinə görə, Sovet hökuməti dağılandan sonra Azərbaycana dini sektaların kütləvi axını başladı və çox təəssüflər olsun ki, bu sektaların içərisində Azərbaycanın dövlət, milli təhlükəsizliyini hədəfə alan qruplar meydana gəlməyə başladı. Azərbaycanda hər hansı bir dini təriqət təqib olunmur. Ancaq o vaxt ki, onların fəaliyyəti Azərbaycanın dövlət təhlükəsizliyinə ziyan vurmağa başlayır, sözsüz ki, bunların fəaliyyətinə dayan demək lazımdır.

A.Quliyev bildirib ki, ölkədə müəyyən təriqətlərin adı siyasi qətllərdə çıxıb, məscidlərdə terror aktlarının törədilməsində çıxıb, Azərbaycanda müəyyən silahlı qruplaşmaların yaradılmasında çıxıb, Azərbaycanda gəncləri təşkilatlandırmaq, onları ideoloji cəhətdən silahlandırmaq və onları müxtəlif ölkələrdə, Suriyada, Əfqanstanda, İraqda və başqa yerlərdə mücahid kimi guya döyüşməyə göndərməkdə çıxıb: "Mən hesab edirəm ki, bunlar çox ciddi siqnallardır və bunlar bu gün Azərbaycanda olan sektalarla bağlı real vəziyyətdir. Bu vəziyyət hər kəsin qarşısında bir tələb qoyur, dövlətin də qarşısında tələb qoyur, medianın da qarşısında tələb qoyur, partiyaların, QHT-lərin də qarşısında bir tələb qoyur. Bu gün medianın bununla bağlı xüsusi vəzifələri olmalıdır və bunu dərk etməlidir. Media həmin sektaların təsiri altına düşməkdən uzaq olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm