Türkiyədəki Azərbaycan düşməni: Aydın Doğan 8 il həbs ala bilər
Bizi izləyin

Nida.az

Türkiyədəki Azərbaycan düşməni: Aydın Doğan 8 il həbs ala bilər

Türkiyənin media maqnatlarından olan Aydın Doğan 8 il həbs cəzası ala bilər.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Ali Məhkəməsi Aydın Doğan və qızı Hanzade Doğan Boynerin mühakimə olunduğu “kağız istintaqı”ndakı bəraət qərarını ləğv edib.

Doğan, qızı və digər iki şirkət rəsmisi yenidən mühakimə olunacaq. Sərmayə Bazarı Təşkilatı (SPK), “Hürriyət” və əvvəllər “Doğan Qrupu”nda olan “Milliyyət” qəzetlərinin istifadə etdiyi kağızların Aydın Doğanın xaricdə qurduğu ofşor şirkətləri vasitəsilə alındığı iddia olunur. Günahları sübuta yetiriləcəyi halda adıçəkilən şəxsləri 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası gözləyir.

Ağır Cinayətlər üzrə 7-ci İstanbul məhkəməsi 2013-cü ildə lazımi sübutlar olmadığını əsas gətirərək “kağız istintaqı”nda bəraət qərarı vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm