• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyəli tarixçi: “Almaniyada demokratiyadırsa, misirli jurnalisti azad etsin”

  • Nida.az
  • 24 İyun 2015 14:16
  • 253 Baxış
Türkiyəli tarixçi: “Almaniyada demokratiyadırsa, misirli jurnalisti azad etsin”

“Almaniyanın Azərbaycanın daxili işlərinə qarışması doğru hərəkət deyil. Əgər Almaniya demokratiyanın nə olduğunu anlayırsa, o zaman gedib “Əl-Cəzirə” televiziyasının misirli jurnalistini azad etsin”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı, tarixçi alim Seyid Sərtçəlik bildirib.

Onun sözlərinə görə, həmin jurnalist Misirin indiki rəhbərliyinin sorğusu əsasında saxlanılıb: “Almaniya hökuməti ilə Misirin indiki rəhbərliyi arasında gedən alver nəticəsində həmin jurnalist Berlində qanunsuz yerə saxlanılıb. Təbii ki, bütün bunlar bir daha onu göstərir ki, Almaniyanı qətiyyən nə demokratiya, nə də insan haqları maraqlandırmır. Bu isə ikili standartlardan və qərəzdən xəbər verir”.

Türkiyəli alim qeyd edib ki, Almaniyadan zaman-zaman Türkiyəyə qarşı da qarayaxma kampaniyaları həyata keçirilir: “Ancaq bütün bunlar heç bir nəticə verməyib və Azərbaycanda da verməyəcək. Çünki haqq-ədalət sonda şərə, böhtana qalib gəlir. Əgər Almaniya özünü dünyada ədalətin tərəfdarı görürsə, nə üçün Qarabağdan qovulan azərbaycanlıların müdafiəsinə qalxmır? Niyə bir dəfə də olsun işğalçı Ermənistana qarşı etiraz etməyib? Ötən gün İrəvanda yüzlərlə etirazçı insan küçələrə çıxıb, Ermənistan hökumətinə qarşı aksiya keçirdi. Bu aksiya zamanı onlarla insan polis tərəfindən xəsarət aldı, həbs olundu. Ancaq Avropanın həmin insan haqlarını müdafiə edən təşkilatlarının biri də səslərini çıxartmadı? Nə üçün? Bu necə ədalətdir? Bu necə yanaşmadır? Nə üçün Azərbaycana gələndə hər şey pis, Ermənistana gələndə isə yaxşı görünür? Azərbaycan müsəlman ölkəsi olduğu üçünmü? Hesab edirəm ki, bütün bunlar bir daha ikili standartların və qərəzli mövqeyin bariz nümayişidir. Bu cür mövqe zaman-zaman həm Türkiyəyə, həm də Azərbaycana qarşı edilir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR