Novruz Məmmədov Emin Hüseynovun “CNN”-ə müsahibəsini şərh etdi
Bizi izləyin

Nida.az

Novruz Məmmədov Emin Hüseynovun “CNN”-ə müsahibəsini şərh etdi

Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sosial şəbəkələrdə olan səhifəsində Azərbaycandan gizli yolla İsveçrəyə qaçan “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun” (RATİ) rəhbəri Emin Hüseynovun ötən gün “CNN” televiziya kanalında yayımlanan müsahibəsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, PA rəhbərinin müavini “CNN”-nin bu cür fəaliyyətini qərəzli hesab etdiyini yazıb: “Gördünüz “CNN”-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı. Nəhayət, həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi.

“CNN” üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu oldu. İndi Emin Hüseynovu qəhrəman etməyə başlayacaqlar. Amanpura isə Nobel mükafatı düşür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm