Nida.az
Almaniya yeni nasizmə doğru: hədəf müsəlmanlardır - TƏHLİL
II Dünya müharibəsində nasist Almaniyasının əsas hədəflərindən biri Bakı idi. Hitler Bakı neftini ələ keçirməklə dünyaya hökm etmək gücünü artıracağını düşünürdü və məhz buna görə, bu zəngin şəhəri bombalamadan işğal etmək tapşırığını vermişdi. Bir növ bu şəhərə at belində sərkərdə kimi daxil olmaq istəyirdi. Lakin nasistlərin bu planı baş tutmadı, Bakı müharibədən sağ çıxanlar arasında idi.
XXI əsrin “demokratiya müharibəsində” daha nasistlərin olmadığı Almaniya yenə Bakıya hücum edir. Hitlerdən fərqli olaraq, bu dəfə silahlar mərmi və ya top deyil, “insan haqları” iddiasıdır.
Almaniyanın Azərbaycan üzərinə hücum kampaniyası sonuncu dəfə
2012-ci ildə müşahidə olunmuşdu. Həmin vaxt “Eurovision” müsabiqəsi
Bakıda keçirilirdi və Qərbin anti-Azərbaycan kampaniyasına
Almaniya, bu ölkənin KİV-i və insan haqları üzrə ixtisaslaşan
təşkilatları rəhbərlik edirdi. Eyni proses I Avropa Oyunlarının
Bakıda keçirildiyi hazırki dövrdə də müşahidə olunur. 2012-ci ildən
fərqli olaraq, budəfəki kampaniyada daha çox Böyük Britaniya və bu
ölkənin mediası estafeti ələ alıb. Lakin Almaniya da öz dəstəyini
əsirgəmir.
Halbuki, Azərbaycan və Almaniya arasında dövlətlərarası
münasibətlər normal görünür, ikitərəfli əməkdaşlıq var. Buna
rəğmən, hökumət tərəfindən insan haqları profilli qeyri-hökumət
təşkilatların, həmçinin, alman mediasının anti-Azərbaycan
kampaniyası davam edir. Əsas ittiham klassik insan haqları
mövzusudur.
Publika.az Qərbi Avropanın ən demokratik ölkəsi hesab olunan
Almaniyanın gerçək üzü haqda bir sıra faktları təqdim edir.
2008-ci ilin maliyyə böhranına qədər Almaniya haqqında təsəvvürlər
sivil ölkə təsəvvürləri idi. Lakin bu dövrdən sonra Almaniyanın
qeyri-sivil tərəfləri ortaya çıxmağa başladı.
“Greco” qurumunun Almaniyada son üç ildə apardığı araşdırmalardan məlum olub ki, Avropa Şurasının 2009-cu ildə Almaniyada korrupsiya ilə mübarizəyə dair hazırladığı 20 bəndlik hesabatın yalnız 4-nə əməl edilib. Korrupsiya ilə bağlı qanun isə hələ də sərtləşdirilməmiş qalır. Həmin qanuna görə, dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt cəza tədbirləri görülməlidir. Bununla bağlı Berlinlə razılıq 1999-cu ildə əldə edilsə də uzun illərin keçməsinə baxmayaraq, qanun hələ də qəbul edilməyib.
Demokratiyanın əsas prinsipi olan şəxsi həyata müdaxilənin yolverilməzliyi bu ölkədə həmişə keçərli olmur. Almaniyanın Telekommunikasiya haqqında qanununa görə, telekommunikasiya məlumatları telefon və internet şəbəkəsi provayderləri tərəfindən 6 aydan 2 ilədək saxlanılır. Bura da danışığın vaxtı, yeri və danışan şəxslərin kimliyi, həmçinin internetə qoşulan an istifadə edilən İP ünvanların və istifadə müddəti daxildir. Yerli almanların özləri də bunu şəxsi həyata müdaxilə olaraq qəbul edirlər.
Bununla yanaşı, Almaniyada seçki saxtakarlığı ilə bağlı nümunələr də var. Misal üçün, sonuncu seçki kampaniyasında hakim Xristian Demokratlar İttifaqı Partiyasının Şimali Reyndə domen adların qanunsuz istifadəsi ifşa edilib. Alman mətbuatının məlumatına görə, partiyanın üzvləri Ratingen dairəsində Pirat Partiyasının domen adlarından istifadə etməklə qeydiyyatdan keçiblər. Pirat Partiyası adından internetdə üç səhifə açan Xristian Demokratlar İttifaqının üzvləri bu addımla da həmin sayta daxil olanların avtomatik surətdə hakim partiyanın nümayəndəsi Vilhelm Drostenin namizədliyinə səs vermə çağırışlarını görməsinə zəmin yaradıblar.
Nasistlər qayıdır?
Son illərdə baş verənlər bu ölkədə millətçilərin neonasist cərəyanı
altında aktivləşdiyini göstərir. Misal üçün, katoliklərə məxsus
olduğu deyilən “kreuz.net” saytında müsəlman və yəhudilərə qarşı
dözümsüzlük ifadə edən yazılar müşahidə olunur. Belə yazıların
yayılmasında iştirak edənlər arasında Köln Şəhər Şurasının üzvü
olan ultrasağçı mövqeyə malik vətəndaşlar, həmçinin “Müqəddəs Piya”
adlı mühafizəkar katolik cərəyanının üzvlərinin də olduğu deyilir.
Bununla yanaşı, bir müddət öncə Almaniyadakı ultrasağçılar və
onların siyasi partiyasının “Ətraf mühit və aktiv” adlı
jurnallarında dərc olunmuş məqalədə “alman xalqı başqa millətlərin
nümayəndələri ilə nikaha girərsə, ölüb gedəcək”, o cümlədən,
“Müsəlman və yəhudilərin heyvanların başını narkozsuz kəsməsi
barbarlıqdır”, “Almaniyada miqrantlar özlərini yaxşı hiss etsinlər
deyə, Şərq dini adətləri də qəbul olunmalıdır: daşlama, əlin
kəsilməsi və s.” kimi fikirlər yer alıb. Qeyd edək ki, neonasist
qruplaşmalarının üzvlərinin ümumi sayı təxminən 6000-dən
çoxdur.
“Sergey Zayetsin işi” və Almaniya gerçəkləri
“İnsan Haqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi
çərçivəsində dərc olunan materiallara görə, Almaniyada polisin
vətəndaşlar üzərində zorakılığı tez-tez müşahidə olunan hallardır.
Bir müddət öncə böyük rezonans doğuran “Sergey Zayetsin işi”
Almaniyada insan haqları ilə bağlı vəziyyətin güzgüsüdür. Belə ki,
Vürtsburq şəhərində polis özbaşınalığının qurbanı olmuş məşhur
biatlonçu Sergey Zayetsin öz evinə qayıdanda əynində polis
uniforması olan və onun avtomobilinin nömrə nişanını açan
tanımadığı adamlarla qarşılaşır. Avtomobilin sahibi onun evinə -
şəxsi ərazisinə soxulmuş adamların bu hərəkətinin səbəbini
aydınlaşdırmaq istəyir, amma cavabında zorakılıqla üzləşir.
Polislər məşhur biatlonçunu döyürlər, əllərini qandallayırlar, onu
başı partlamış halda evin artırmasında atıb hadisə yerini tərk
edirlər. Zayets uzun müddət xəstəxanada müalicə olunur. Lakin sonra
prokurorluq idmançının özünü dəyənəklə silahlanmış polislərə hücum
etməkdə ittiham edir.
Hummersbax şəhərində xüsusi təyinatlıların ahıl mühacir, 62 yaşlı
Georq Şarfın evinə soxularaq onu huşunu itirənə qədər döymələri də
bu ölkənin gerçək üzünə dair daha bir misaldır. Amma hər şeyə
rəğmən 62 yaşlı qocaya qarşı zorakılıq edən polislər cəzasız
qaldılar.
2013-cü ilin 25 aprelində Almaniya BMT-də faktla üz-üzə qalıb. Alman nümayəndə heyətinin rəhbəri Markus Leninq BMT-nin 100-dək üzvü qarşısında, ölkəsində insan haqları sahəsindəki biabırçılığa görə cavab verməli olub. 4 saatadək sürən müzakirələr zamanı BMT-nin türksoylu nümayəndəsi Oğuz Dəmiralp çıxış edərək gəlmələrə, qeyri-almanlara qarşı günü-gündən artan nifrət və düşmənçiliyi Almaniyada məskunlaşmış 3 milyon türkə ciddi təhlükə adlandırıb. O, Türkiyə Cümhuriyyətinin Almaniya dövlətindən sağ ekstremist qruplaşmalarla mübarizəni gücləndirəcəyini gözlədiyini deyib. Faktlar qarşısında qalan alman nümayəndəsi son dövrlər alman millətçilərinin gəlmələrə, xüsusilə türk vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə BMT və Türkiyə hökumətindən üzr istəyib və bir də belə halların təkrarlanmayacağına dair söz verib.
İslamafobiyanın çiçəklənməsi
Almaniyada miqrantlara, xüsusilə müsəlman ölkələrindən gələnlərə
qarşı zorakılığı özündə əks etdirən BMT-nin 2013-cü ildəki hesabatı
dəhşətli faktları üzə çıxarır.
Hesabatda insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya
ciddi tənqid olunur. Qeyd olunub ki, Almaniya hələ də miqrantların
və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq
konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə
mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və
nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə
heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə
strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya
yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca
araşdırılmır.
Bununla yanaşı, əmək mühacirləri işə düzəlmək istəyəndə hətta
peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə
üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə
haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları,
xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə
pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz
qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox
əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır:
onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün
sahələrdə ayrı-seçkiliklə üzləşirlər.
Polis dəyənəkləri və zorakılıq
Almaniyanın milli hesabatında isə yerli hüquq müdafiəsi
təşkilatlarına istinadən bildirilir ki, polisin özünün törətdiyi
cinayətlər çox vaxt cəzasız qalır. Son zamanlar polis idarələrində
zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında
yetkinlik yaşına çatmamış şəxslər də var. Bundan başqa, Köln,
Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq,
qeyri-insani davranışlar haqqında məlumatlar var.
Hesabatda qeyd olunur ki, Almaniyada həyatın bütün sahələrində diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə müraciət edirlər. Polis zorakılığı haqda şikayətlər çoxalsa da, məsuliyyətə cəlb edilənlər azdır.
Sənəddə Almaniya hökuməti müsəlmanlara qarşı ayrı-seçkilik edən,
onların Alman cəmiyyətinə inteqrasiyasına qarşı çıxan, ksenofobiya
və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən
maliyyələşdirilməsini dayandırmağa çağırılıb.
“Son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir. Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar orta hesabla 23 faiz az əməkhaqqı alırlar. Almaniyanın şikəst insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur. Sənədi olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq günahkarların əleyhinə ifadə verdikləri təqdirdə yaşayış icazəsi ala bilirlər”-deyə sənəddə bildirilir.
Eyni zamanda, Almaniyada insan alverinin genişlənməsi, uşaq pornoqrafiyalarının yayılması, HİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının müşahidə olunması da xüsusilə vurğulanır. Hesabat müəllifləri Almaniya hökumətini yaşayış minimumu haqqında qanuna dəyişiklik etməyə, sadalanan problemləri aradan qaldırmaq üçün təcili tədbirlərin görməyə çağırıblar.
Göründüyü kimi, Almaniya yenidən nasizmə doğru irəliləyir. Onun
Azərbaycana qarşı irəli sürdüyü ittihamların arxasında isə siyasi
maraqlarla yanaşı, müsəlman dünyasına qarşı hücumun elementləri də
var.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO