YAP-da Zeynal Nağdəliyevin iştirakı ilə iclas keçirildi -FOTO
Bizi izləyin

Nida.az

YAP-da Zeynal Nağdəliyevin iştirakı ilə iclas keçirildi -FOTO

YAP-da Zeynal Nağdəliyevin iştirakı ilə iclas keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında hakim partiyanın nəzdində fəaliyyət göstərən Regional inkişaf və yerli özünüidarə komissiyasının ilk iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, komissiyanın sədri, millət vəkili Arif Rəhimzadə iclası açıq elan edərək komissiyanın fəaliyyəti və 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.A.Rəhimzadə bildirib ki, komissiyanın 6 üzvü var.

O, daha sonra YAP-ın nəzdində fəaliyyət göstərən komissiyaların Əsasnaməsi haqqında ətraflı məlumat verib: "YAP-ın nəzdində fəaliyyət göstərən komissiyalar Azərbaycan Respublikasının Konstitusiyasını, “Siyasi partiyalar haqqında” AR Qanununu, AR-ın qüvvədə olan qanunvericilik aktlarını, YAP-ın Nizamnamə və Proqramını və bu Əsasnaməni rəhbər tutur. Komissiyaların fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.Müvafiq sahədə partiyanın fəaliyyətində yaxından iştirak edir;

2.Müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif təkliflər, layihələr işləyib hazırlayır və həyata keçirir.

Regional inkişaf və yerli özünüidarə komissiyasının 2014-cü il üçün iş planı layihəsində martın ayının ikinci yarısında Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri, iyun ayında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə əlaqədar yerli orqanların fəaliyyəti, sentyabr ayında Bələdiyyə seçkiləri və qarşıda duran vəzifələr və oktyabr ayında Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyəti barəsində tədbirlərin həyata keçirilməsi planlaşdırılır".

İclasın sonunda YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev komissiyanın sədr müavini seçilib.

Qeyd edək ki, tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də çıxış edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm