"Əhalini narahat edən sosial məsələlər müəyyən edilməlidir" - PA rəhbərinin müavini
Bizi izləyin

Nida.az

"Əhalini narahat edən sosial məsələlər müəyyən edilməlidir" - PA rəhbərinin müavini

"Əhalini narahat edən sifarişlər müəyyən edilməlidir" - PA rəhbərinin müavini

"Əhalini narahat edən sosial əhəmiyyətli sifarişlər müəyyən edilməlidir". Publika.Az-ın məlumatına görə, bunu Prezidentinin Administrasiyası (PA) rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu gün YAP-nın Mərkəzi Qərargahında hakim partiyanın nəzdində fəaliyyət göstərən Regional inkişaf və yerli özünüidarə komissiyasının ilk iclasında çıxışı zamanı bildirib.

PA rəhbərinin müavini mövcud nöqsanlara və qarşıda duran aidiyyatı məsələrə baxılmasını vacib sayıb: "Biz bütün bunların hər birinə baxmalıyıq. Partiya təşkilatlarının rolunu müəyyənləşdirərək bu praqramları icra etməliyik. Əgər etiraz etməsəniz, YAP-da yaradılan bu komissiyanın 2014-cü il üçün iş planını sözügedən proqramlarda qəbul edərdik.

Prezident İlham Əliyevin "Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrası barədə də danışan Z.Nağdəliyev deyib ki, bu icraolunmada YAP-ın hər bir təşkilatının və üzvlərinin rolu müəyyən edilməlidir: "İstəmirəm ki, icra və qanunvericilik orqanlarından hər hansı bir məsələyə baxaq və bunun arxasında da hər hansı bir fəaliyyət olmasın. Biz o fəaliyyəti təmin etməliyik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm