• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Səməd Seyidov: Avropa Şurasında Avropa dəyərləri iflasa uğrayıb

  • Nida.az
  • 25 İyun 2015 07:55
  • 258 Baxış
Səməd Seyidov: Avropa Şurasında Avropa dəyərləri iflasa uğrayıb

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul olunmuş qətnamə çox təəssüflər olsun ki, Avropa Şurasında Avropa dəyərlərinin iflasa uğramasının bir əlamətidir.

Bu fikirləri çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dünən (23 iyun) qurumun Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeusz İvinski tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin qəbul olunmasına münasibət bildirərkən deyib.

S.Seyidovun sözlərinə görə, AŞ PA-da Azərbaycanla bağlı qəbul olunmuş qətnamə çox təəsüflər olsun ki, Avropa Şurasında Avropa dəyərlərinin iflasa uğramasının bir əlamətidir: “Ona görə ki, bu gün biz vaxtilə Avropanın ən mütərəqqi insanları tərəfindən yaradılmış və insan haqlarına xidmət edən Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarının (“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar) AŞ PA tərəfindən qəbul edilməməsinin şahidi olduq. Bu başa düşülməz bir haldır, amma bir reallıqdır. Dünən aparılan müzakirələrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı ifadəni erməni lobbisinin dəstəyi ilə bir qrup deputat Azərbaycanla bağlı qətnaməndən çıxarılmasına cəhd göstərdi. Və buna bir dəfə yox, beş dəfə dalbadal eyni cəhd göstərdilər. Dörd dəfə bu cəhd alınmadı. Beşinci dəfə isə təklif etdikləri dəyişiklik keçdi. İnanıram ki, beşinci dəfə də cəhdləri alınmasaydı, altıncı dəfə cəhd edəcəkdilər. Bu da alınmasaydı, yeddinci cəhdə əl atacaqdılar. Ona görə ki, onları nə AİHM, nə AŞ PA, nə Avropanın dəyərləri, nə də Avropanın özü də maraqlandırmır. Onları maraqlandıran odur ki, Azərbaycan torpaqlarında törətdikləri cinayətin üstü açılmasın. Və bəşəriyyət Ermənistanın Azərbaycanda törətdiklərindın xəbər tutmasın”.

S.Seyidov deyib ki, onlar buna hər şeyi- Avropanın özünü, onun dəyərlərini və strukturlarını qurban verməyə hazırdırlar: “Təəssüf ki, bu işdə onlara dəstək verən avropalıların özləridir. Əminəm ki, bu məsələ mütərəqqi düşünən avropalılar tərəfindən ciddi təhlil olunacaqdır. Ona görə ki, bü gün erməni lobbisi və onun havadarları Avropanın paytaxtında Avropaya qarşı məntiqli iş görürlər. Azərbaycana qarşı yox, çünki Azərbaycana qarşı nə törədə biliblərsə, artıq bunu ediblər: torpaqlarımızı işğal ediblər, etnik təmizləmə aparıblar, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıblar. İndi isə bizim vasitəmizlə bunu Avropaya qarşı edirlər. Avropa bunu görmək istəmirsə, qoy etsinlər. Ancaq separatçılar, terrorçular və islamofovlar Avropada çoxalacaq və Avropanın bu gün həll olunmayan problemləri daha da böyük şəkildə cərəyan edəcək. Dünən Assambleyada bu barədə danışdılar. Avropalılar özləri də Yaxın Şərqdə, Aralıq dənizi ətrafında olan dövlətləri dağıtdılar. İndi isə həmin dağıdılmış ölkələrdən Avropaya gəlmək istəyən qaçqın və məcbuir köçkünləri bombalayırlar. Sual edirəm: Harada insan haqları daha çox pozulurdu: həmin dağıdılmış ölkələr normal ölkələr olduqda, yoxsa bombaları qaçqın və məcburi köçkünlərin üzərinə atanda? Yenə də təkrar edirəm ki, dünən qəbul edilmiş qərar çox şeyi bizə göstərdi”.

AŞ PA-da qəbul edilmiş qərara bağlı atılacaq addımlarla münasibət bildirərkən, S Seyidov qeyd edib ki, dünən atılan addımlardan sonra (AŞ PA-da) qəbul edilmiş qərar sadəcə boş şeydir və onun həyata keçirilməsinin heç bir mənası yoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR