Millət vəkili MSK-nı məhkəməyə verdi
Bizi izləyin

Nida.az

Millət vəkili MSK-nı məhkəməyə verdi

Millət vəkili MSK-nı məhkəməyə verdi


Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

Partiyadan verilən məlumata görə, iddia ərizəsi rektor-deputatlarla bağlıdır. Məlumatda deyilir ki, parlamentin bəzi deputatlarının Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması, bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi üçün MSK-ya 3 dəfə eyni məzmunlu deputat sorğuları təqdim edilib: “Qeyd olunan sorğular cavabdeh təşkilat tərəfindən qəbul edilib, lakin bu günədək onlara qanunsuz olaraq cavab verilməyib. Hər şeydən əvvəl Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə görə vətəndaşlara dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Qeyd olunan konstitusion müddəa bir sıra qanunvericilik aktları ilə konkretləşdirilərək tənzimlənib. Ona görə də hesab edirəm ki, MSK-nın üzərinə “Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatlarının Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsi, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması və bununla bağlı müvafiq qanuni tədbirlərin görülməsi barədə” tərəfimdən təqdim edilmiş üç sorğuma cavab verilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarasınız”.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən İ. İsmayılov Mərkəzi Seçki Komissiyasına (MSK) ünvanladığı üç sorğusuna cavab verilməsi üçün sədr Məzahir Pənahovun üzərinə öhdəliyin qoyulması haqqında məhkəmə qərarı çıxarılmasını xahiş edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm