• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ xəbər gündəmini niyə və necə dəyişir?

  • Nida.az
  • 25 İyun 2015 13:05
  • 263 Baxış
ABŞ xəbər gündəmini niyə və necə dəyişir?

Dünyanın diqqəti Ermənistana yönəlib. Paytaxt Yerevanda minlərlə vətəndaşın elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq keçirdiyi aksiyaların amansızlıqla dağıdılması barədə xəbərlər KİV səhifələrində sürətlə yayılır.

SİA-nın xəbərinə görə, mövzuya xüsusi diqqət yetirilməsinin səbəbi təkcə aksiyanın dağıdılması zamanı yol verilən hüquq pozuntuları deyil. (http://www.azadliq.org/content/article/27087430.html ). Aksiyaçılara qarşı xüsusi qəddarlıq tətbiq olunaraq 237 nəfər həbs edilsə də, onlarla insan ciddi xəsarət alsa da, qlobal ictimai rəyi formalaşdıran KİV-lər mövzuya müxtəlif kontekstdən yanaşırlar. Kimisi mitinqlərin regionda Rusiya nüfuzuna qarşı yönəldiyini, kimisi ABŞ-ın bölgəyə girişi üçün yeni zəmin hazırlandığını, bəziləri də Ermənistanda sosial-iqtisadi durumun dözülməz həddə çatmasını ön plana çəkir. Hiss olunur ki, baş verənləri geosiyasi proseslər fonunda təqdim edib fikirləri insan haqlarının kobud pozuntusundan yayındırmaq istəyənlər də az deyil.

Xüsusi maraq kəsb edən məsələ odur ki, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, ayrı-ayrı Qərb dövlətləri, həmçinin Qərbin nəzarətində olan beynəlxalq QHT-lər Ermənistanda dəhşətli hüquq pozuntularını sadəcə “görmədilər”. ABŞ isə yalnız Ermənistandakı səfirinin atmaca xatakterli açıqlamaları ilə dünyanın diqqətini Yerevan küçələrində baş verən biabırçılıqdan yayındırmağa çalışdı. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills iyunun 23-də verdiyi ilk bəyanatda “asayiş qüvvələri ilə mitinq iştirakçıları qarşılıqlı anlaşma göstərdilər” deməklə, yenə də ölkəsinin erməni rəğbətini büruzə verdi. Bununla da o, təsirlərində olan media qurumlarına hadisələrə hansı kontekstdən yanaşmalı olduqları mesajını çatdırdı. Amma hansı kontekstdə yanaşmasından asılı olamayaraq, istənilən halda bütün KİV-lər bu ölkədə baş verən hadisələri ilk xəbər beşliyində təqdim ediblər.

Bu sırada “Euronews” (http://fr.euronews.com/2015/06/23/hausse-de-prix-en-armenie-canons-a-eau-et-matraques-pour-disperser-des/ ), BBC (http://www.bbc.com/news/world-middle-east-33238070), “Washington post” (http://www.washingtonpost.com/world/europe/thousands-protest-electricity-prices-hike-in-armenia/2015/06/22/9c1d977c-190a-11e5-bed8-1093ee58dad0_story.html) kimi qlobal xəbər daşıyıcıları, “Assoşeyted Press”, “Röyters”, “Frans Press” kimi transmilli xəbər agentliklərindən başlamış lokal KİV-lərə qədər ən müxtəlif media qurumlarını qeyd etmək olar. Düzdür, onu da qeyd etmək lazımdır ki, əgər bu hadisələr Azərbaycanda baş versəydi, dünyanın aparıcı KİV-lərinin və beynəlxalq QHT-lərin münasibəti tam fərqli olardı. Dövlət Departamentinin sözçülərindən birinin mesaj xarakteri daşıyan sərt açıqlaması və KİV-lərlə QHT-lərə ötürülən qapalı göstərişlərin hansı həyəcana səbəb olacağını demək artıqdır. Ermənistana gəldikdə isə, hadisələr barədə xəbər yayımını tam nəzarətdə saxlamaq mümkün olmadığından və hüquq pozuntularını ehtiva edən məqamlar özünə yer tapıb ön sıraya çıxdığından, ABŞ səfiri gün ərzində mövqeyində korrektələr edib növbəti bəyanatı səsləndirmək məcburiyyətində qaldı.

Səfir aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahat olduqlarını etiraf etdi (http://ria.ru/world/20150623/1083120571.html). Buna rəğmən, onun Amerika siyasətini ifadə edən ilk bəyanatı öz təsirini göstərdi: Yerevan aksiyanın dağıdılması zamanı yol verilən hüquq pozuntuları və insan haqlarına saymazyana münasibət xəbər başlıqlarında ön sırada möhkəmlənə bilmədi. Ermənistandakı ciddi iğtişaşlarla paralel olaraq, Azərbaycan ətrafında yaradılmış süni problem də aktual saxlanıldı.

Həftə ərzində aktual olan Rusiya-ABŞ və Rusiya –Avropa qarşıdurması, həmçinin, 23 iyunda partlayış effekti verən Ermənistan olayları xəbər gündəminə hakim kəsilsə (http://musavat.com/news/siyas%C9%99t/AB%C5%9E-Rusiya-siyas%C9%99t%C3%A7il%C9%99rin%C9%99-qar%C5%9F%C4%B1-sanksiya-t%C9%99tbiq-etdi---QARA-S%C4%B0YAHI_187340.html) də, ABŞ-ın anti-Azərbaycan çetesi və onların Azərbaycandakı əlaltıları “köhnə ovqat”ı dəyişmək firkrindən uzaq durdular. Qrupun fəal üzvlərindən olan “Azadlıq” qəzeti Ermənistan olaylarını xəbər başlıqlarında nəinki ilk beşlikdə, heç ilk onluq və ya iyirmilikdə də təqdim etmədi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR