• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qazaxıstan Xəzərlə bağlı razılaşmanı təsdiqlədi

  • Nida.az
  • 25 İyun 2015 14:51
  • 216 Baxış
Qazaxıstan Xəzərlə bağlı razılaşmanı təsdiqlədi

Qazaxıstan Senatı Xəzər dənizinin dibinin bölünməsi haqqında Türkmənistanla imzalanan razılaşmanın təsdiqi haqqında qanun layihəsini bəyənib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, qanunverici prosedura əsasən, sənəd imzalanması üçün dövlət başçısına göndəriləcək.

Razılaşma Aşqabadda 2 dekabr 2014-cü ildə imzalanıb. Razılaşmaya əsasən, Xəzər dənizinin dibi beynəlxalq hüquq normaları nəzərə alınaraq orta xətt prinsipi əsasında bölünür.

Sənədə əsasən, tərəflər kəşfiyyat, təbii resursların istifadəsi, sualtı kabellərin çəkilməsi, boru kəmərlərinin üzlənməsi, süni adaların yaradılması, platformalar və başqa mühəndislik tikintilərinin inşası üzrə öz ərazi suları daxilində suveren hüquqlarını həyata keçirəcəklər. Bütün bu fəaliyyət beynəlxalq və milli ekoloji normalara, tələblərə və standartlara uyğun həyata keçirilməldiir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR