“Bir-birimizə hökm etməli deyilik” - KXCP Milli Şuradan ayrılır?
Bizi izləyin

Nida.az

“Bir-birimizə hökm etməli deyilik” - KXCP Milli Şuradan ayrılır?

“Bir-birimizə hökm etməli deyilik” - KXCP Milli Şuradan ayrılır?


“Milli Şuranın qərarından asılı olmayaraq müstəqil təşkilat kimi KXCP bələdiyyə seçkilərinə qatılacaq”.
Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Publika.Az -a açıqlamasında bildirib.

Seçki məsələsinin Milli Şurada hələ müzakirə olunmadığını deyən KXCP sədri qeyd edib ki, seçkidə iştirakla bağlı qurumun qərarı olarsa, bununla bağlı yenidən müzakirə apara bilərlər: “Bu məsələ mediada və ayrı-ayrı şəxslərin müsahibələrində dediyi kimi deyil. Əgər biz birgə fəaliyyət göstəririksə, qarşılıqlı münasibətlərimiz olmalıdır, bir-birimizə hökm etməli deyilik, bir-birimizlə tələb dilində danışa bilmərik. Allaha şükür dilimizin zənginliyi hər kəsə bəllidir, burada narahatlıq görmürəm. Hesab edirəm ki, bu və ya digər anlaşılmazlıqlar istənilən vaxt aradan qalxacaq”.

İctimai Palatanın buraxılmasına da münasibət bildirən M. Mirəlioğlu deyib ki, bu qurum onsuz da fəaliyyətsiz idi. Onun fikrincə, İP-in fəaliyyətinə çoxdan xitam verilməli idi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm