• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Millət vəkili: “Avropa Məhkəməsinin çıxardığı qərar yerinə yetirilməlidir”

  • Nida.az
  • 25 İyun 2015 17:28
  • 338 Baxış
Millət vəkili: “Avropa Məhkəməsinin çıxardığı qərar yerinə yetirilməlidir”

“BMT Təhlükəsizlik Şurası və 12 il əvvəl burada, bu Assambleyada qəbul olunan 1416 saylı qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi nəticəsində öz evinə dönə bilməyən, öz evində yaşaya bilməyən məcburi köçkünlər Avropa məhkəməsinə üz tutmaq məcburiyyətində qalmışdılar. Avropa Məhkəməsinin çıxardığı qərar çox önəmlidir və yerinə yetirilməlidir. O qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması və azərbaycanlı məcburi köçkünlərin tapdalanan insan haqları birmənalı şəkildə vurğulanır”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Avropa Şurası parlament Assambleyasında (AŞPA) çıxış edərkən bildirib. O, təşkilatı Avropa Məhkəməsi, BMT Təhlükəsizlik Şurası və öz qətnamələrinə hörmətsizlikdə ittiham edib.

Millət vəkili çıxışda deyib ki, Assambleyamız Ermənistana AŞPA-nın 1416 saylı qətnaməsinin və Avropa məhkəməsinin qərarlarını yerinə yetirilməsinə istqamətində təsir mexanizmlərinə əl atmalıdır. O bildirib ki, iki gün əvvəl Assambleyada Azərbaycanda demokratik institutların vəziyyətinə dair qətnamə layihəsini müzakirə edən zaman bəzi həmkarların təşəbbüsü və dəstəyi ilə qətnamə layihəsindən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı maddənin sənəddən çıxarılmasını böyük təəssüflə qarşılayır və etiraz edir. Çünki bu addım beynəlxaql təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Məhkəməsi, AŞPA-nın 1416 saylı qətnaməsinə ziddir:

“Assambleyamızın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 12 il vaxt keçir, amma bu günə qədər Ermənistan onu yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir. Bunun nəticəsində 1 milyon insan bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir və öz evinə dönə bilmir. 20 ildən artıqdır ki, təşkilatın bir üzvü - Ermənistan qurumun prinsiplərini pozmaqda davam edir. Bu məsələ ilə bağlı Parlament Assambleyasının təyin etdiyi məruzəçi ilə qəsmi İrəvan çalışmaq istəmir, onun fəaliyyətinə əngəllər törədir. Parlament Assambleyası bu məsələyə daha ciddi yanaşmalı və bu istiqamətdə də geniş müzakirələr aparmalıdır”

Q. Paşayeva bildirib ki, 100 minlərlə insanın haqları təşkilatın üzvü olan bir ölkə tərəfindən pozulur, amma ana fəlsəfəsi insan haqları olan təşkilat bununla bağlı işğalçı ölkəyə qarşı heç bir addım atmır.

Qeyd edək ki, iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkünə çevrilən və öz evlərinə dönə bilməyən bir qrup azərbaycanlı məcburi köçkünlərin işi üzrə “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar qəbul edib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR