ABŞ-dan İrəvana rəsmi Qarabağ şilləsi - HESABAT
Bizi izləyin

Nida.az

ABŞ-dan İrəvana rəsmi Qarabağ şilləsi - HESABAT

“2014-cü ildə Ermənistandakı insan haqları sahəsində ən böyük problem sistemli korrupsiyadır”.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb.

Departamentin hesabatına görə, Ermənistanın ədliyyə sisteminin müstəqil olmaması da ölkənin əsas problemləri sırasındadır. Vaşinqton rəsmi İrəvanın keçən il ərzində də məhkəmələri təzyiq altında saxladığını və orduda naməlum ölüm saylarının artdığını bildirib. Sənəddə başqa bir məqam isə Azərbaycanla Ermənistan arasındakı təmas xəttində situasiya ilə bağlıdır. Vaşinqton sənəddə separatçıların indiyə qədər Ermənistan vasitəsilə Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu nəzarət altında saxladığını söyləyir. Departament bunun nəticəsində 600 min insanın məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm