Fətullah Gülənlə şəkli olan komitə sədri kimdir? - Açıqlama
Bizi izləyin

Nida.az

Fətullah Gülənlə şəkli olan komitə sədri kimdir? - Açıqlama

Gülənlə şəkli olan komitə sədri Nizami Cəfərovdur? - Açıqlama

Jurnalist Eynulla Fətullayevin “2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi” açıqlamasından sonra sosial mediada həmin komitə sədrinin Nizami Cəfərov olması haqqında fikirlər səsləndirilməyə başlandı.

Bununla bağlı Publika.Az -a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə bildirib ki, o, Fətullah Gülənlə bu günə qədər görüşməyib: “Mən o kişi ilə heç vaxt görüşməmişəm. Əgər görüşsəydim, şəklim də olardı və mən bunu gizlətmədən şəkili mətbuata da verərdim. Amma təəssüf edirəm ki, o kişi ilə mənim şəklim yoxdur”.

N. Cəfərov deyib ki, Fətullah Gülən kifayət qədər böyük adamdır: “Onu belə müzakirə, münaqişə obyektinə çevirməyə ehtiyac yoxdur. Ümumiyyətlə, dünyada nə qədər belə böyük adamlar varsa, gərək hamısı tanıyasan, fikirlərini öyrənəsən. Onu öyrənirik, baxırıq, kitablarını oxuyuruq, disklərini dinləyirik, bu, ayrı məsələdir. Amma mənim heç kimə xüsusi ehtiyacım yoxdur. Əgər mənim onunla şəklim olsaydı, məmnuniyyətlə deyərdim. Görüşmədiyim üçün şəklim də ola bilməz”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm