• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Avropaya boykot! - VİDEO

  • Nida.az
  • 29 İyun 2015 04:32
  • 434 Baxış
Avropaya boykot! - VİDEO

Avropada bir kabus dolaşmaqdadır. Və onun adı kommunizm deyil. İndi xaos yaxınlaşır. Qərbin bir zamanlar Şər İmperiyası deyə lənətlədiyi Sovet zamanı və məkanında Azərbaycan da soyuq müharibənin içindəydi. Müstəqil olmadığımızdan ağa deyən dərəyə sürür, sürülürdük. Nəinki soyuq, elə isti müharibəyə də aparırdılar, qırdırırdılar, qırılırdıq! İmperializmə lənət oxuyurduq, hansısa Anjela Devisi müdafiə etmək lazımdır? Baş üstə! Yarım il ac qaldığına məsum-məsum inandığımız, sonralar cibindən suxarı çıxsa da gözlərimiz və qulaqlarımıza inanmayacağımız Çarlz Xayderin qarnı ilə birlikdə quruldamaq lazımdır, o da baş üstdə!

O zaman Sovet Respublikası idik. Başımız bağlı idi. O zaman bizə deyirdilər ki, 15 maykaya nəfəs üfürmək lazımdır. Soyuq Müharibədə Donmayaq deyə. İnd isə bizi soyuq müharibənin olacağı ilə qorxudurlar… Baxmayaraq ki, nəinki artıq soyuq müharibə özünün oğlan çağlarını yaşayır, hətta isti müharibənin boyun qarsan hənirini də hiss etmək olur. Rusiya prezidentinin üzü Qərbə barmaq əvəzinə, 40 nüvə başlıqlı raket silkələməsi boşuna deyil. Onu iki ayağı üstünə, şahə qaldıran səbəblər var. Moskva artıq ona atılmış çağırışın tam fərqindədir.

ABŞ-ın raket hücumundan müdafiə sistemini Avropada qurmasına hələ bu niyyətin başlanğıcından qəzəbli olan Putinin Baltikyani ölkələrə silah-sursat, hərbi texnika göndərməsinədək bütün addımları artıq onun təhlükədən müdafiə olunma cəhdi kimi təqdim oluna və özünə haqq qazandıra bilər. Və mən artıq Putinlə qəribə bir həmrəylik hiss edirəm. Çünki Azərbaycanla Rusiyanı birləşdirən məqamlar yaranıb. Onu da vururlar, bizi də… Və bizi vuran qüvvələr də demək olar ki, onu vuran qüvvələrlə eynidir. Amma burda bir böyük fərq var. Rusiyanı işğalçı olduğuna görə vururlar, bəs bizi, bizə də yəqin ona görə ki, işğal olunmuşuq…

Biz uzun müddət seçim eləmək istəmirdik. Düşünürdük ki, Amerikanın öz yolu var, Rusiyanın öz yolu. Avropanın da yolu özünə məxsusdur. Və onlar bizim də yolumuzun olması ilə barışacaqlar. Əksinə bu çətin yolda təcrübəli yolçular kimi əlimizdən tutacaq, dünyanın, Avropanın stajlı müstəqillərinə qoşulmaq üçün yanımızda olacaqlar. Sadədilcəsinə, bəlkə də avamcasına inanır, zənn edirdik… Amma biz nə gördük: gördük ki, bizi elə bu qüvvələr sıxırlar ki… Özü də əvvəl-əvvəl budaqlarımızla oynayırdılar, indi kökümüzə, dövlətimizin bazisinə balta vururlar. Avropa Şurası İlham Əliyev hakimiyyətini bir müddət ağ-qara gördü, sonra yalnız qara gördü, sonra İlham Əliyevlə qurtardılar və keçdilər ərazi bütövlüyümüzün özünə.

AŞPA-nın son sənədindən Dağlıq Qarabağın işğal olunması faktını çıxardılar və sadəcə belə qeyd etdilər: Dağlıq Qarabağ münaqişəsi. Səbəb həmişəkidir. Guya Azərbaycanda insan haqlarının pozulmasının qarşısını almağa hakimiyyəti vadar etmək istəyirlər. Amma anlamaq çətindir: Dağlıq Qarabağın işğal olunması faktının sənəddən çıxarılmasının Azərbaycanda insan haqlarına nə xeyri ola bilər. Deməli səbəb ayrıdır: dünyanın ən güclü dövlətlərin yaratdığı yeni qaydalar sistemi. Daha doğrusu qaydasızlıqlar. “Bespredel” qanunları. Kim nə istəyir onu da edir.

Novruz Məmmədov Qərblə onun öz dilində danışmağa çalışır, hələ bir umub-küsür, gileylənir ki, Ermənistanda pozulan insan haqlarından niyə danışmırlar?! Ay əziz Novruz müəllim! Ona görə danışmırlar ki, Ermənistanda baş verən hadisələr Rusiyanın əlində olan Ermənistan “Elektrik şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətinin, onun Baş direktoru Yevqeniy Bibinin, yəni Moskvanın əlyehinədir. Deməli bu Qərbə sərf edir… Bu azdır? Qərbin davası Rusiya ilədir. Ermənistanda da Qərb Rusiya ilə döyüşür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR