• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ İŞİD-i de-fakto leqallaşdırır - TƏHLİL

  • Nida.az
  • 29 İyun 2015 12:48
  • 388 Baxış
ABŞ İŞİD-i de-fakto leqallaşdırır - TƏHLİL

İŞİD terror şəbəkəsinin adının oturuşmuş dövlətlər siyahısında yerləşdirilməsi Dövlət Departamentinin bəşəriyyət üçün hazırladığı təhlükəli proqramlarından xəbər verir.

“Azadlıq”ın “təxribatı”

Dövlət Departamentinin təhlükəli siyasəti

“Azadlıq” radiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də açıqladığı hesabatın ictimai rəyə təsir imkanlarını artırmaq üçün qəribə metod seçdi. Qeyd edilən tarixdə radionun internet səhifəsində hesabatın ilk təqdimatı bu cümlələrlə başladı: “İŞİD, Çin, Rusiya, İran, Azərbaycan sərt tənqid olundu. ABŞ Dövlət Departamenti açıqladığı hesabatda İslam Dövləti (İD) qruplaşması yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə ön sırada göstərdi” (http://www.azadliq.org/content/article/27090349.html ).

Azərbaycanın insan haqlarının vəziyyətinə görə guya İran, Rusiya və Çinlə, hətta İŞİD-lə eyni sırada durması ən passiv vətəndaşda da qıcıq yaratmalı və hər kəsi hakimiyyətə qarşı olmaq ovqatına kökləməli idi. Düzdür, hesabatın orijinal versiyası ilə tanışlıq bu təqdimatın kökündən yanlış olduğunu göstərdi. Məlum oldu ki, sənədin preambula hissəsində, o cümlədən, Dövlət Departamentinin rəhbəri Con Kerrinin hesabat nitqində xüsusi təhlükəli duruma malik olan ölkələrin adları sadalansa da, bu hissələrdə Azərbaycanın adı ümumiyyətlə çəkilməyib (http://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/#wrapper).

Azərbaycanın adı hesabatın fərqli fəsillərində yerləşdirilib haqlı-haqsız tənqidlər bəzədilsə də, onun İŞİD-lə bir cərgədə yerləşdirilməsi kimi absurd iddiaya cəhd edilməyib. Həmçinin, vəziyyətin xüsusi təhlükəli olduğu dövlətlər siyahısında da Azərbaycanın adı yoxdur. Amma “Azadlıq” radiosunun da ABŞ Konqresinin orqanı olması faktı, məlum təxribatın təsadüfdən yaranmaması ehtimalını gücləndirir. Yol verilmiş təxribat ilk nəzərdən Azərbaycana qarşı yönəlmiş kimi görünsə də, məsələnin mahiyyətində daha qlobal planın gizləndiyini görmək olar.

İŞİD-i leqallaşdırmaq cəhdi

ABŞ Dövlət Departamenti insan haqlarının durumuna dair hesabatlarla yanaşı, əlahiddə olaraq dünyanı təhlükəyə sürükləyən terror təşkilatlarının da siyahısını hazırlayır və yayır (http://www.state.gov/j/ct/rls/other/des/123085.htm ). İŞİD hər kəsin təsəvvüründə qaniçən terror təşkilatı obrazında canlanır . Hətta ABŞ özü də bu qrupa qarşı məhz “terrorizmlə mübarizə” adı altında siyasət yürüdür. Dövlət Departamenti 2014-cü ilin terror təşkilatlarının siyahısında İŞİD-in də adını təqdim edib (http://www.state.gov/documents/organization/239631.pdf). 2015-ci ildə isə heç bir izahat verilmədən siyasi kursda korrektələr edilir: İŞİD-in adı artıq insan hüqularının durumuna görə təsnifatlaşdırılan dövlətlərin siyahısına daxil edilir. İŞİD-ə hansı prinsiplərlə oturuşmuş dövlətlər siyahısında yer verilməsinə aydınlıq gətirilməyib. Bu, mahiyyətcə, İŞİD-in de-fakto leqallaşdırılması cəhdi deyilmi?

ABŞ-İŞİD münasibətlərinin qaranlıq tarixi

2014-cü ilin sonlarında İranın təhlükısizlik üzrə eksperti, professor Məhəmməd Mərəndi maraqlı tezis irəli sürür: “ABŞ İŞİD-ə qarşı mübarizə aparır, amma İŞİD də hər kəsə qarşı savaşını ABŞ silahı ilə aparır. Bunun səbəbini izah edə bilən varmı?” ( http://russian.rt.com/article/51250 ). Həmin dövr üçün İranla ABŞ-arasında olan mürəkkəb siyasi duruma istinad edən ekspertlər Mərəndinin tezisinə skeptik yanaşsalar da, hadisələrin inkişafı Avropanın özündə eyni fikirdə olanların sayının sürətlə artığını göstərdi. Fransız general, keçmiş hərbi məktəb rəisi Vinsen Deport (Vincent Desportes) Fransa parlamentində çıxışı zamanı “İŞİD-i ABŞ yaradıb” ( http://www.bvoltaire.fr/alaindebenoist/letat-islamique-ete-cree-par-les-etats-unis,157924 ) fikrini səsləndirməklə, mövzu ətrafında formalaşdırılımış bulanıq duruma aydınlıq gətirdi. Deportun fikirlərini inkişaf etdirən Fransız politoloq Kapitan Marten (Capitaine Martin) isə ABŞ-ın İŞİD-i yaratmasının səbəblərinə özünəməxsus şərh verdi: “Kommunizmin süqutundan sonra ABŞ-a düşmən obrazı yaratmaq lazım idi. 2001-ci ilin sentrabyrında düşmən tapıldı: terror. Səddam Hüseynin yerinə gətirilən şiə baş nazir Maliki Amerikanın neft maraqlarını təmin edəcək qədər güclü olmadı. Malikinin ABŞ-ın ucuz neft almaq maraqlarını yerinə yetirə bilməməsinin ardından Exon Mobile şirkəti Bərzani ilə danışıqlara başlasa da, ABŞ yeni alternativ tərəfdarlar axtarışını durdurmadı. Beləliklə İŞİD oyuna qoşuldu” (http://www.legrandsoir.info/comment-et-pourquoi-les-etats-unis-ont-cree-l-etat-islamique.html ). Kapitan Marten (Capitaine Martin) iddia edir ki, İŞİD-in Suriya və İraqdakı əməliyyatları vasitəsi ilə ABŞ ərəb dünyasını bölməyi, regionda terror üzərində qurulmuş yeni dövlət formalaşdırmağı planlaşdırır. İŞİD-in ABŞ layihəsi olması tezisini hərbi mütəxəssislər də dəstəkləyir və bunu elmi arqumentlərlə isbatlayırlar. Kanadanın Ottava universitetinin professoru, Qloballaşma uzrə tədqiqat mərkəzinin direktoru Mişel Çosudovski (Michel Chossudovsky ) “Müharibə və qloballaşma: 11 sentyabrın arxasındakı həqiqətlər” kitabında yazır: “Hava Hücumundan Müdafiə silahlarına malik olmayan İŞİD konvoyunu bombalamaq hərbi baxımdan çox asandır. Suriya səhrası kimi düzənlikdə “Toyota”lardan ibarət konvoyu məhv etmək uşaq işidir. Bir ilə yaxındır ki, İŞİD-in mövqeləri bombalanır, lakin nəticə yoxdur. Müqayisə üçün deyim ki, Yuqoslaviya kimi bir dövlət cəmi 3 aya darmadağın edilmişdi. Nəticə çıxarmaq olar ki, ABŞ-ın bombalama kampaniyası İŞİD-in məhvinə xidmət etmir. Terrorla mübarizə bir fiksiyadır: dünyada terrorun 1 nömrəli sifarişçisi Vaşinqtondur”. Ekspert iddia edir ki, İŞİD ABŞ və onun müttəfiqləri tərəfindən təkcə himayə olunmur, həm də maliyyələşdirilir. Burada ABŞ-ın Fars körfəzindəki mütəfiqləri də yaxından iştirak edir” ( http://www.mondialisation.ca/la-fausse-guerre-dobama-contre-le-groupe-etat-islamique-protege-par-les-etats-unis-et-leurs-allies/5432512 ).

Dövlət Departamentinin son hesabatı isə hərbi, maliyyə dəstəyinin ardından İŞİD-ə göstərilən açıq siyasi dəstək kimi dəyərləndirilə bilər. Dünyanın minillik dövlətlərinin siyahısında İŞİD adının yerləşdirilməsi, onun de-fakto tanıdılması üçün atılan addımların başlanğıcıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR