Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edildi
Bizi izləyin

Nida.az

Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev M.A.Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm