"Krımdakı hərbi addımlar Rusiyanın Qarabağ diplomatiyasına zərbə vurur” - Amerikalı diplomat
Bizi izləyin

Nida.az

"Krımdakı hərbi addımlar Rusiyanın Qarabağ diplomatiyasına zərbə vurur” - Amerikalı diplomat

"Krımdakı hərbi addımlar Rusiyanın Qarabağ diplomatiyasına zərbə vurur” - Amerikalı diplomat

Azadlıq Radiosu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən (1994-1997) Kremlin Ukraynadakı son addımlarının Cənubi Qafqaza necə təsir edə biləcəyini soruşub. Publika.Az həmin müsahibəsini təqdim edir.

-Sizcə, Ukrayna hadisələrindən sonra Qərb Rusiya və ATƏT-in Minsk qrupu ilə bağlı nələr etməlidir?

-Qərb Rusiya qoşunlarının Krıma yeridilməsi və Rusiyanın Krımın birtərəfli şəkildə Ukraynadan ayrılmasına dəstək verməsinə sərt cavab verməlidir. ABŞ və Avropa İttifaqının bu məsələdə əməkdaşlığı və birliyi həmin cavabın effektiv olması üçün mühümdür. İndiki şəriatdə Rusiya ilə hansı məsələlərdə əməkdaşlığın münasib olub-olmaması məsələsinə gəldikdə, məncə, yenidən baxılası məsələlərdən biri də Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu olmalıdır. 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi Ukraynada da Rusiya birtərəfli şəkildə hərbi müdaxilə yolunu seçib – həmsərhəd olduğu regionlarla bağlı məsələlərdə beynəlxalq diplomatik əməkdaşlığı seçmək əvəzinə. Bu belə bir məsələni aktuallaşdırır ki, Rusiya ATƏT-in Minsk qrupunda müsbət rol oynaya bilərmi? Axı Rusiya nəinki ABŞ və AB-nin Ukrayna məsələsində əməkdaşlıq təkliflərini rədd edib, hətta ATƏT-in orada müşahidə missiyası yerinə yetirməsinin qarşısını alıb.

-Bu məsələdə Azərbaycan üçün daha nələr narahatlıq mənbəyi sayıla bilər?

-Azərbaycan ötən payızda Avropa İttifaqının Şərqi Tərəfdaşlıq təşəbbüsünə qoşulmaq niyyətini açıq bəyan etmək imkanını əldən verdi. Bu “neytral” mövqeyi onu Avrasiya Birliyinə qoşulmaqla bağlı Rusiyadan edilən təzyiqlər qarşısında daha da zəiflətdi.

Bundan əlavə son günlərdə Putin Rusiyanın Krıma hərbi müdaxiləsi üçün bir sıra prinsiplər elan edib. Onun mətbuat konfransında dediyi sözlərdən biri də o oldu ki, yalnız regionun öz əhalisi öz gələcəyini müəyyən etmək haqqına malikdir.

-Əgər Krımdakı referendum keçirilərsə və onun nəticələri əsasında – yalnız Krımda yaşayanlar səs verə bilər – Krımdakı hakimiyyət ya müstəqilliyini elan edərsə, ya da Rusiyaya birləşmək istəyini bildirərsə, onda nə baş verəcək? Bu, Dağlıq Qarabağ üçün necə bir presedent olacaq?

-Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola, ya da Ermənistana birləşə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm